Son 8 ildə Dövlət Proqramı çərçivəsində 3184 azərbaycanlı gənc xaricdə təhsil alıb
Tarix: 19.12.2014 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində bu günə kimi 3184 nəfər xaricdə təhsil alıb.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib ki, proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistratura, 45 nəfər doktorantura, 65 nəfər dissertantura pilləsində təhsil almaq hüququ qazanıb. Nazirin sözlərinə görə, hazırda “2016-2020-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə” yeni Dövlət Proqramının hazırlanması istiqamətində işlər aparılır: “Bu layihədə ali təhsil müəssisələri üçün elmi kadrların yetişdirilməsi, ali məktəb müəllimlərinin təcrübə keçmə və ixtisasartırma, professor-müəllim heyətinin mübadiləsinə mühüm yer verilib. Eyni zamanda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali məktəblərində tədris prosesinə cəlb olunması təmin ediləcək. Bu layihə nəticəsində ali təhsil müəssisələrində kreativ düşüncəli gənc alimləri yetişdirmək mümkün olacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar
05.06.2020
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info