ADİU-da ilk dəfə olaraq universitetlərarası iqtisadi elmi konfrans keçirilib
Tarix: 19.12.2014 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində ilk dəfə olaraq digər ali təhsil müəssisələrinin iştirakı ilə tələbələr arasında iqtisadi-elmi konfrans keçirilib. “Azərbaycanın xarici iqtisadi əlaqələri: mövcud durum və perspektivlər” mövzusunda keçirilən tədbirin əsas məqsədi universitetlər arasında əlaqələri inkişaf etdirmək, tələbələr arasında elmi rəqabəti gücləndirməkdir.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı dos.Mənsur Bərxudarov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, aktual və geniş tədqiq olunmuş məruzələr tələbələrin elmi fəaliyyətlərinin məhsuludur.
Tədbirə dəvət olunan Moskva Dövlət Universitetinin Bakı filialı, Qafqaz Universiteti, Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universitetinin tələbələri ümumilikdə 80-dən çox məruzə ilə çıxış ediblər.
Məruzəçilərin müasir bazar iqtisadiyyatında neft faktoru, qeyri-neft sektorunun inkişaf mexanizmləri, fond bazarları və kapital axını, ölkəmizin turizmin imkanları, iqtisadi-ticarət əməkdaşlığının və beynəlxalq təşkilatlarla əlaqələrin mövcud vəziyyəti barədə çıxışları maraqla qarşılanıb. Müzakirələr zamanı müəllimlər tərəfindən məruzəçilərə maraqlı məlumatlar verilib.
Çıxış edən tələbələr tərəfindən Azərbaycanda xarici iqtisadi sektorda səmərəliliyin artırılması yolları barədə təkliflər irəli sürülüb. Konfransa qonaq qismində qatılan müstəqil ekspertlər, dövlət və özəl şirkətlərin nümayəndələri mövzular üzrə müzakirə aparıb, tələbələrə zəruri tövsiyələr veriblər.
Tədbirin yekununda öz çıxışları ilə fərqlənən tələbələrə hədiyyələr və sertifikatlar təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info