Ədliyyə naziri yanında İctimai Komitənin səlahiyyətləri genişləndirilib
Tarix: 22.12.2014 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Ədliyyə naziri Fikrət Məmmədov İctimai Komitənin üzvlərini qəbul edib. Görüşüdə həmçinin Ədliyyə Nazirliyinin idarə rəsiləri də iştirak edib. Bu haqda İctimai Komitənin üzvü Əhməd Abbasbəyli məlumat verib.
Görüşdə ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, İctimai Komitənin fəaliyyəti ilə bağlı qaydalara dəyişiklik edilib, qurumun əsasnaməsi “İctimai iştirakçılıq haqqında” qanuna uyğunlaşdırılıb. Bu dəyişikliyə əsasən, İctimai Komitə üzvlərinin səlahiyyət müddəti daha bir il artırılaraq iki il olub.
Tədbirdə dəyişikliklər barədə məlumat verən Fikrət Məmmədov nəzərə çatdırıb ki, bundan sonra İctimai Komitə Ədliyyə Nazirliyinin bütün fəaliyyət sahələrində ictimai nəzarəti həyata keçirə biləcək.
Görüşdə İctimai Komitə üzvləri Ç.Qənizadə, S.Məmmədov, S.Bənənyarlı, Z.Tahirova, Ə. Abbasbəyli və N.Quliyev İK-nin fəaliyyətindən danışıb və bu istiqmaətdə faəliyyətin daha da gücləndirilməsi üçün təkliflər irəli sürüblər.
Tədbirdə bir sıra məsələlər bardə, o cümlədən cəza sistemindəki vəziyyətin yaxşılaşdırılması, məqsədli dezinformasiyaların yayılmasının qarşısının alınması və s. məsələlərlə bağlı müzakirələr aparılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info