Bakıda 250 natiq debatlarda iştirak edib
Tarix: 22.12.2014 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) və Azərbaycan Sığortaçılar Asossasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sığortalı Gənclik” layihəsi çərçivəsində təşkil olunan “Bakı Gənclər Debat Forumu – Payız 2014” – ün qrup və play-off mərhələləri baş tutub. Tədbir 20-21 dekabr 2014-cü il tarixində həyata keçirilib. Forumda 250-ə yaxın gənc Bakı şəhərinin 15 ali təhsil müəssisəsini təmsil edib.
“Bakı Gənclər Debat Forumu – Payız 2014”-ə çərçivəsində Bakı şəhərinin universitetlərində 600 nəfəri əhatə edən debat təlimləri, həmçinin 400 nəfərin iştirakı ilə “Sığortanın Əsasları” mövzusunda təlimlər keçirilib və sözü gedən ali təhsil müəssisələrində Daxili Debat Forumları baş tutub.
Bakı Slavyan Universitetinin ev sahibliyi etdiyi forum zamanı baş tutan 136 debat raundunda spikerlər “Sığortalanmada fiziki şəxslərin məsuliyyəti” mövzusunu müzakirə ediblər. Qrup mərhələsində uğurlu nəticəni göstərən komandalar forumun final mərhələsində iştirak hüququ qazanıb.
Forumun final mərhələsinə Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti, rus bölməsi üzrə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetinin komandaları vəsiqə qazanıblar. Forum zamanı azərbaycan bölməsi üzrə 10, rus bölməsi üzrə 5 ən yaxşı natiq seçilib.
Məlumat üçün qeyd edək ki, forumun bağlanış mərasimi 25 dekabr 2014 – cü il tarixində keçiriləcək. Mərasim çərçivəsində qalib komandalar və ən yaxşı natiqlər mükafatlandırılacaq.
Xatırladaq ki, “Sığortalı Gənclik” layihəsi 18 noyabr 2014 – cü il tarixində start götürüb və layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır. Sözü gedən Layihə Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC (“Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi”), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar
05.06.2020
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info