I Avropa Oyunları ilə əlaqədar yeni sərnişin avtobusları istismara buraxılır
Tarix: 23.12.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta gətirilən yeni avtobuslar sabahdan sərnişinlərə xidmət göstərəcək. Hazırda Bakıda olan 50 ədəd Türkiyə istehsalı olan “İsuzu” markalı avtobusun hələlik 25-i istismara veriləcək. Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
O deyib ki, avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edəcək: “Bakıya bu cür texniki vasitələr ilk dəfədir gətirilir. Bu ictimai nəqliyyat vasitələrində sərnişinlərin həm rahatlığını, həm də təhlükəsizliyini nəzərə alınıb. Belə ki, avtobuslarda kondisioner, kamera, kompyuter sistemi quraşdırılıb. Sərnişinlər bu sistem sayəsində qarşıdakı avtobusların marşrutunu da əvvəlcədən öyrənə biləcəklər. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa mindirilib-düşürülməsini rahat etmək üçün xüsusi panduslar quraşdırılıb. Avtobusdan uşaqlar, ahıllar, fiziki imkanları məhdud şəxslər, habelə ev heyvanları üçün xüsusi hissə var. Xüsusi şüşələr sərnişinləri günəş şüalarından qoruma qabiliyyətinə malikdir”. Qeyd edək ki, üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur. Qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info