“Daily Times”: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqazda aparıcı qüvvəyə çevrilib”
Tarix: 24.12.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Pakistanda və eyni zamanda Pakistanlıların sıx yaşadığı Yaxın Şərq ölkələri və Böyük Britaniyada böyük oxucu kütləsinə malik “Daily Times” qəzetində nəşrin İslamabad bürosunun rəhbəri Dure Nəcəf Zaidinin “İlham Əliyev: Bizim gücümüz birliyimizdədir” adlı məqaləsi dərc olunub. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, "Müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhranla üzləşən Azərbaycanın parlaq gələcəyinə inananların sayı çox az idi" sözləri ilə başlayan məqalədə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qafqazda aparıcı qüvvə olduğu bildirilib. Vurğulanıb ki, cənab İlham Əliyevin 11 illik prezidentlik dövründə Azərbaycan həyatın bütün sahələrində böyük nailiyyətlər əldə etmiş, dünyanın ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Dure Nəcəf Zaidi müstəqilliyini yeni əldə etmiş Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qaldığı və atəşkəs sazişinin imzalanmasından sonra bütün qüvvələrini iqtisadiyyatının inkişafına cəmləşdirdiyini vurğulayıb. Qeyd edib ki, 1994-cü ildə Qərbin neft şirkətləri ilə Xəzər dənizinin hidrokarbon ehtiyatlarının istismarına dair aparılmış danışıqlar Əsrin Kontraktının imzalanması ilə nəticələnib. Bu danışıqlarda İlham Əliyevin aparıcı rol oynadığı vurğulanıb. Jurnalist Azərbaycanda enerji resurslarından əldə edilmiş gəlirlərin Dövlət Neft Fondunda cəmləşdirilərək qeyri-neft sektorunun inkişafı və sosial problemlərinin həllində yönəldildiyini və qısa bir müddət ərzində iqtisadiyyatın diversifikasiyası istiqamətində böyük nailiyyətlər əldə edildiyini oxucuların diqqətinə çatdırıb.
Məqalədə eyni zamanda, Azərbaycanın regionda əsas sərmayəçi və donor ölkə olduğu da bildirilib.
Müəllif Prezident İlham Əliyevin humanitar sahəyə böyük önəm verdiyini, elm, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə qayğı göstərdiyini qeyd edərək, bir neçə il öncə irəli sürülmüş “qara qızılı insan kapitalına çevirək” tezisinin reallığa çevrildiyini və dövlət proqramı üzrə minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın aparıcı universitetlərində təhsil aldığını vurğulayıb. Yazıda İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, dinamik və ölkənin maraqlarına xidmət edən xarici siyasət yürütdüyü qeyd olunub və Azərbaycanın xarici siyasət uğurları, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən bəhs edilib.
Məqalədə İlham Əliyevin Azərbaycan ilə Pakistan arasındakı dostluq münasibətlərinin inkişafına xüsusi önəm verdiyi də qeyd olunub. Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:
http://www.dailytimes.com.pk/national/24-Dec-2014/ilham-aliyev-our-strength-is-in-unity
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info