Müharibə əlillərinin minik avtomobili ilə təminatına başlandı
Tarix: 24.12.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğı bu təbəqələrdən olan şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı sahəsində də mühüm addımların atılmasına imkan yaradıb. Möhtərəm dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2014-cü ilədək növbəyə dayanmış 1435 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin minik avtomobilləri ilə təminatını cari ilin ötən dövründə uğurla başa çatdırıb. ƏƏSMN tərəfindən artıq 2014-cü ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatına başlanıb. Bu təbəqədən olan 67 nəfərə, habelə 2014-cü ilədək növbəyə dayansa da, obyektiv səbəblərdən gəlib avtomobili qəbul edə bilməmiş 10 nəfərə "Naz-Lifan" markalı minik avtomobilləri təqdim edilib. Avtomobillərin təqdim olunması zamanı əlilliyi olan şəxslərə Prezident qayğısından söz açılıb, onlara ödənilən sosial müavinətlərin orta aylıq məbləğinin 2004-cü illə müqayisədə ötən dövrdə 8,1 dəfə artırıldığı bildirilib.
Qeyd olunub ki, bu insanların və ümumən sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün təkcə son bir ildə dövlət başçısı tərəfindən ümumilikdə 10-dan çox Fərman və Sərəncam imzalanıb. Həmin sənədlərə əsasən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün, habelə müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb.
Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı da diqqət mərkəzindədir və bu ilin ötən dövründə ölkəmizin müxtəlif bölgələrində 172 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillər verilib. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə də mühüm irəliləyişlərə şərait yaradıb. Sərəncama əsasən, 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsi 2014-2018-ci illər ərzində mənzil və ya fərdi evlə təmin ediləcək. Artıq bu istiqamətdə aparılan işlər çərçivəsində ilkin mərhələ kimi 52 rayonda 353 ədəd fərdi ev inşa olunur. Həmçinin yaxın günlərdə ölkənin 5 şəhərində çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq qeyd olunan təbəqələrdən olanlara verilməsinə başlanacaq.
Yeni minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulanlar daim Prezident qayğısı ilə əhatə olunmalarından razılıqla söz açıblar. Onlar əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, tibbi-sosial reabilitasiyasına, eləcə də minik avtomobilləri və mənzillərlə təminatına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info