Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edilib
Tarix: 24.12.2014 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Moskvada Azərbaycan diasporu əsası 16 dekabr 1991 ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib.
Bayram şənliyi Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondu və Azərbaycan Slavyan Gənclər Assosiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiliyinin nümayəndəsi Akşin Əliyev tədbir təşkilatçılarını və qonaqları həmrəylik günü münasibəti ilə təbrik edib, “Hər bir azərbaycanlı dövlətinə, millətinə bağlı olmalı, bir bayraq altında birləşməlidir” deyərək diplomat nitqini yekunlaşdırıb.
Fondun sədri Şamil Tağıyev təşkilatın il ərzində gördüyü işlərdən məlumat verərək, bu bayramda azərbaycanlıların bir olmasına toxunub: “ 3 İl ərzində fond ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Həmrəylik Bayramının amalına xidmət edir. Soydaşlarımızı birləşdirməyə və onlara dəstək verməyə çalışmışıq”.
Toğrul Allahverdiyev isə Azərbaycan Slavyan Gənclər Assosiyası olaraq Moskvada fəaliyyət göstərən ictimai təşkilatların həmrəyliyinə toxunub. Ümumrusiya Azərbaycan Konqresinin, Leyla Əliyevanın sədrilik etdiyi Rusiya Azərbaycan Gənclər Təşkilatının bu funksiyanın layiqincə öhdəsindən gəldiyini vurğulayıb.
Tədbir Azərbaycan dövlətçiliyindən, tarixindən, ədəbiyyatından, mədəniyyətindən hazırlanmış suallarala davam etdirilib. Belə ki, intelektual oyunda düzgün cavab verən tələbələrə qiymətli hədiyyələr təqdim olundu. Əsas müakfat isə Azərbaycana aviabiletlər olub.
Tədbir disapor üzvlərinin çıxışları ilə davam etdirilib. Afaq Şıxlı, Əşrəf Hüseynli, Sultan Mərzli, Nəsib Nəbioğlu vətən haqqında şerlərinin səsləndirərək, gəncləri təbrik etdilər. İş adamı Qalib Məmmədov isə azərbaycanlılarının vacibliyinə toxunaraq, özünün həmişə gənclərə yardım edəcəyini qeyd edib.
Tədbirin maraqlı məqamlarından biri də Azərbaycan Slavyan Gənclər Assosiyasının Rusiya nümayəndəliyi tərəfindən Azərbaycan mədəniyyətinin təbliğinə görə Hüsniyyə Abbasova, Mahnur Səfiyeva, Səbinə Rəhimova və Binnət Bünyadov təltif edilib.
Bayram şənliyində, həmçinin, Prezident İlahm Əliyevin doğum günü münasibəti ilə tort da kəsilib.
Tədbir Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondunun üzvlərinin müsiqili nömrələri ilə davam etdirilib
Tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev və digər təşkilatların və digər millətlərin diaspor nümayəndələri iştirak ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar
05.06.2020
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info