MSK bələdiyyə seçkilərinin yekun nəticələrini gələn il yanvarın 17-dək elan edəcək
Tarix: 25.12.2014 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Seçki dairəsində bələdiyyələr üzrə səsvermənin nəticələrinin müəyyən edilməsi, məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında dairə seçki komissiyası protokolunun tərtib olunması və protokolun birinci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması üçün ayrılmış müddət başa çatır.
Seçki Məcəlləsinin 107.1-107.6, 238-ci maddələrinin tələbinə əsasən bu sənədlər səsvermə günündən ən geci 2 gün keçənədək MSK-ya təqdim olunmalıdır. Bələdiyyə seçkiləri ilə əlaqədar bunun üçün dekabrın 26-dək vaxt ayrılıb. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı məlumatların kütləvi informasiya vasitələrində rəsmi dərc edilməsi isə dekabrın 28-dən gec olmayaraq həyata keçirilməlidir. MSK 2015-ci il yanvarın 12-dək seçkilərin yekununu yoxlamalı və təsdiq etməlidir. Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən bu proses səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində başa çatdırılmalıdır. MSK bələdiyyə seçkilərinin yekun rəsmi nəticələrini 2015-ci il yanvarın 17-dək elan edəcək. Seçki Məcəlləsinin 241-ci maddəsinin tələbinə əsasən bu proses seçkilər günündən başlayaraq ən geci yanvarın 17-dək başa çatdırılmalıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info