Türkiyədə “Azərbaycan mədəniyyət günləri” çərçivəsində konsertlər keçiriləcək
Tarix: 26.12.2014 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Dekabrın 28 və yanvarın 2-3 tarixlərində Türkiyədə İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyət günləri” çərçivəsində konsertlər təşkil ediləcək. Bu barədə açıqlama verən İstanbul Azərbaycan Mədəniyyət Evinin sədri Hikmət Elp, konsertlərin ildə bir dəfə keçirildiyini bildirib.
Onun sözlərinə görə, bu kosertlərdə Azərbaycanın tanınmış sənətçilərindən Mələkxanın Eyyubovanın və Nuriyyə Hüseynovanın iştirak edəcəyi gözlənilir: “Tanınmış tarzən Möhlət Mövsümov, kamança ustası Fəxrəddin Dadaşov, qarmon ustası Rafiq Dadaşov onlara dəstək olacaqlar. Klassik Azərbaycan musiqisi sahəsində özünə məxsus səsi olan, Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlmiş Sevda As Sonay Nailə Əhmədova ilə birlikdə pianoda klassik parçalar səsləndirəcəklər”.
Mədəniyyət Evinin sədri, Azərbaycan mədəniyyətinin Anadolu türklüyünə tanınması istiqamətində xeyli işin görüldüyünü qeyd edib: “Ancaq bunlar yetərli olmadığı üçün, bu sahədə fəaliyyətimizi daha da artırmaqdayıq. Biz həm mədəniyyətimizi tanıtmaq, həm də mədəniyyətimizə hörmət edənlərin bir araya gəlməsini təmin etmək üçün fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.
H.Elp Azərbaycan mədəniyyətinin yalnız musiqilərdən ibarət olmadığını söyləyib: “Qardaşlar arasında ədəbiyyat sahəsində də həyata keçirilməsi vacib olan işlər çoxdur. XX əsrin əvvəllərində Azərbaycanın ilk ziyalılarından Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, və digərlərinin Anadolu türklüyünə tanıdılması, o cümlədən qardaş xalqların mədəni birliyinə gedən yolun açılmasını təmin etmək bizim vəzifəmizdir. Bu məsələdə bizə dəstək olan hər kəsə təşəkkür edirik”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info