Novruz Məmmədov: “ABŞ-da bəzi diplomatlar ölçü hissini tamam itiriblər”
Tarix: 29.12.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


“Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər”. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.
N.Məmmədovun sözlərinə görə, belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir: "Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, "Twitter"də yazdıqlarını oxuyanda, ilk yada düşən ölkə elə ABŞ olur".
PA rəsmisi hesab edir ki, cənab Baer qərəzli fikirləri ilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır.
Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer “Azadlıq” radiosunun Bakı Ofisinin möhürlənməsi məsələsi ilə bağlı Azərbaycana dair tənqidi fikirlər səsləndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib
18.02.2020
ÜmumAvropa Qarabağ mitinqi-Berlin, 22 fevral 2020
18.02.2020
Tural İsmayılov: “Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”
18.02.2020
Əliyev-Paşinyan debatında diqqətdən qaçan məqam
17.02.2020
MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqədə seçkinin nəticələrini ləğv edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info