İnkişaf konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclası keçirilib
Tarix: 29.12.2014 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclası keçirilib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası ilə bağlı dövlət qurumlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 29 may 2013-cü il tarixli Sərəncamı ilə yaradılmış Milli Fəaliyyət Qrupunda aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunur. Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova son illər sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçmiş, inkişafının əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizdə beynəlxalq sosial-iqtisadi çağırışlara cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması sahəsində mühüm işlər görülmüşdür. Dünyada və regionda müşahidə edilən mənfi iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr tam həcmdə icra olunur, sahibkarlığa dövlət dəstəyi və s. tədbirlər uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasının bazis ili ilə müqayisədə 2013-cü ildə ÜDM 5,8%, qeyri-neft sektor 10%, strateji valyuta ehtiyatları 8,7%, qeyri-neft ixracı 5,9%, orta aylıq əmək haqqı 6,8%, əhalinin gəlirləri 8%, o cümlədən minimum əmək haqqı 12,3% artmışdır. Bu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 2,2%, qeyri-neft sektoru 6,5%, o cümlədən qeyri-neft sənayesi 6,6%, rabitə 14,2%, tikinti 8,6%, turizm 16,8% artıb.
Qeyd edilibki, Azərbaycan dünyada 40 ən rəqabət qabiliyyətli iqtisadiyyata malik ölkələr sırasına daxildir və son 6 ildə MDB dövlətləri arasında liderdir. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətinin artırılması və bu sahəyə investisiya qoyuluşlarının surətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması İnkişaf Konsepsiyasının hədəflərinə nail olmaq baxımından əhəmiyyətlidir. Yaradılmış əlverişli biznes və investisiya mühiti, sürətlə artan investisiyalar, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, xarici ticarət prosedurlarının sadələşdirilməsi orta müddətli dövrdə qeyri-neft ixracının daha böyük templərlə artmasını təmin edəcək.
Sevinc Həsənova dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsinin ölkəmizin sənaye potensialından səmərəli istifadə olunması üçün geniş imkanlar yaratdığını bildirmiş, yeni sənaye parklarının, müəssisə, komplekslərin və həmçinin, regionlarda sənaye məhəllələrinin, aqroparkların yaradılması işlərinin davam etdirildiyini vurğulayıb.
Sonra Milli Fəaliyyət Qrupu üzvlərinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində görülən tədbirlər, o cümlədən Milli Fəaliyyət Qrupunun birinci iclasında qəbul edilmiş qərarların icrası barədə məlumatları dinlənilib.
İnkişaf Konsepsiyasının Milli Fəaliyyət Qrupunun II iclası çərçivəsində həyata keçirilən tədbirlərin və hazırlanan sənəd layihələrinin icra vəziyyəti ilə bağlı geniş müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.


İlkin




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info