Məcburi köçkünlərin Gəncədəki yeni qəsəbəyə köçürülməsi prosesi başa çatıb
Tarix: 30.12.2014 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Gəncə şəhərinin Kəpəz rayonu ərazisində salınmış, noyabrın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş 600 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi prosesi tam başa çatıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, məcburi köçkünlər üçün Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yeni inşa olunmuş qəsəbə dövlət başçısının 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub.
Gəncə şəhərinin Kəpəz rayonu ərazisindəki 60 hektar sahəni əhatə edən bu qəsəbəyə Kəlbəcərdən və Xocalı rayonundan olan məcburi köçkünlər köçürülüblər. Dövlət Komitəsinin Repatriasiya Departamentinin rəhbərlik etdiyi Köçürmə Komissiyası tərəfindən həmin qəsəbəyə köçürmə prosesi başa çatdırılıb. Ötən illərdə olduğu kimi, bu il də yeni salınan qəsəbələrdəki mənzillər də ailə tərkibinə görə müvafiq rayon İcra hakimiyyətlərinin, məcburi köçkün icmalarının və Dövlət Komitəsinin nümayəndələrindən ibarət yaradılmış komissiyanın iştirakı ilə, püşkatma yolu ilə paylanıb. Qəsəbədə müasir tələblərə tam cavab verən 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası digər zəruri sosial-texniki infrastruktur yaradılıb. Digər ərazilərdə salınmış qəsəbələrdə olduğu kimi, bu qəsəbələrdə də elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş görülüb. Yol-küçə şəbəkəsinin salınması, abadlıq, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb. Burada yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş transformator yarımstansiyaları quraşdırılıb. Uzunluğu 30 kilometrdən çox olan su kəməri çəkilib, nasosxana inşa olunub. Qəsəbəyə uzunluğu təqribən 25 kilometr olan qaz xətti çəkilib və 6 qaz təmizləyici məntəqə yaradılıb, müasir yol-küçə şəbəkəsi qurulub.
Qeyd edək ki, Dövlət Neft Fondunun vəsaiti hesabına indiyədək respublikamızın müxtəlif bölgələrində və Bakı şəhəri ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və məhəllələr istifadəyə verilib, artıq 240 min qaçqın və məcburi köçkün bu qəsəbələrdəki mənzillərə köçürülüb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Bakı Şəhər Baş Polis İdarəsi vətəndaşlara müraciət etdi
05.06.2020
Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı
05.06.2020
Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi
04.06.2020
DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi
04.06.2020
Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info