Mehriban Əliyeva Respublika Uşaq Sanatoriyasında yaradılmış şəraitlə tanış olub
Tarix: 30.12.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra açılışı olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.
1986-cı ildə fəaliyyətə başlamış sanatoriyada yenidənqurma işlərinə 2012-ci ilin iyununda start verilib. Altımərtəbəli binanın ümumi sahəsi 8 min kvadratmetrdir. Sanatoriyanın elektrokardioqrafiya, fizioterapiya, tədris-məşğələ, psixoloq, oyun otaqları və palataları müasir tibbi avadanlıqlarla təchiz edilib. Binada 182 nəfərlik tibbi heyətin uşaqlara yüksək səviyyədə xidmət göstərməsi üçün geniş imkanlar var. Səhiyyə müəssisəsində somatik xəstəliyi olan 4-14 yaşlı uşaqlar müalicə alacaqlar. Sanatoriyaya respublikanın bütün bölgələrindən olan uşaqlar qəbul edilir. Tibb ocağında xüsusi qulluğa ehtiyacı olan uşaqların anaları üçün də palata nəzərdə tutulub. Binada fizioterapiya və bərpa şöbəsi, müalicəvi idman və 100 yerlik akt zalları, müalicəvi vannaların olduğu dörd otaq yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info