Aşqabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Tarix: 30.12.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Aşqabad şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə tədbirdə çıxış edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın respublikamızla əlaqələrinin, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi işində mühüm rol oynayır. Dünya azərbaycanlıları tərəfindən Həmrəylik Gününün qeyd edilməsi artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün memarı ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda işlədiyi vaxtlar uzaqgörənliklə çıxardığı qərarın əhəmiyyətindən danışan səfir bu istiqamətdə ölkəmizdə görülən tədbirlərdən, dünyanın müxtəlif guşələrində məskunlaşmış soydaşlarımızın birliyi naminə atılan addımlardan söhbət açıb. V.Sultanzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin Sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində dünya azərbaycanlılarının I qurultayı keçirilib. Bu qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən keçir. Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və qəti addım idi. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında da məlumat verib. O, həmçinin ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyasının beynəlxalq aləmdə yayılması üzrə qarşıda duran vəzifələr barədə danışıb.
Tədbirdə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbriki iştirakçıların diqqətinə çatdırılıb. Türkmənistanda yaşayan həmvətənlərimiz, ziyalılar, iş adamları və səfirliyin əməkdaşları, eyni zamanda, Aşqabaddakı diplomatik korpusun nümayəndələri tədbirdə iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info