Baş Prokurorluqdan məcburi köçkünlərə bayram sovqatı
Tarix: 30.12.2014 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Baş Prokurorluğun kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqram həcmində 21 min 700 manat məbləğində ərzaq yardımı göstərib.
Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərinin “Meşəçilik institutu” deyilən ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə tanış olublar.
Görüşdə Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini yekdilliklə dəstəklədiklərini bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info