Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Tarix: 30.12.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın Macarıstandakı səfirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Macarıstanda yaşayan soydaşlarımızın iştirakı ilə bayram tədbiri keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Vilayət Quliyev dünya azərbaycanlılarının birlik və həmrəyliyinə xidmət edən bu günün əhəmiyyətini vurğulayıb, həmvətənlərimizi Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. İl ərzində səfirlik tərəfindən görülmüş işlər, həyata keçirilmiş layihələr, iki ölkə arasında genişlənən qarşılıqlı əlaqələr barədə danışan səfir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin noyabr ayında Macarıstana uğurlu səfərinin iki ölkə arasındakı sıx münasibətlərə böyük töhfə olduğunu diqqətə çatdırıb.
Sonra növbəti ildə səfirlik tərəfindən görülməsi planlaşdırılan işlər barədə də soydaşlarımıza ətraflı məlumat verilib.
Daha sonra tədbir bayram şənliyi və Azərbaycan milli mətbəxindən ibarət ziyafətlə davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info