Mübariz Əhmədoğlu: “Ermənilər danışıqlara sadiqdirsə, niyə hərbi təlimlər keçirir?”
Tarix: 05.01.2015 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi regionunda artıq diplomatiya ölüb, siyasi dialoq rejimi işləmir. Danışıqlar prosesinə adekvat reaksiya verilmir”. Bu fikirləri mediaya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, bu prosesdə - diplomatiyanın ölməsi və hərbi əməliyyatların üstünlük təşkil etməsində ATƏT-in Minsk qrupu həmsədrlərinin müstəsna faciəvi rolu var: “2014-cü il başlayandan Seyran Ohanyan, sonra Serj Sarkisyan, Eduard Nalbandyan Azərbaycanı hədələdi. ATƏT-in Minsk qrupu həmsədrləri isə Ermənistana xəbərdarlıq etmədi ki, Azərbaycanın torpaqlarını sən işğal etmisən. Həmsədrlər indi də elə başa düşür ki, qoşunların təmas xəttində gərginliyin artmasının səbəbkarı Ermənistan deyil, Azərbaycan tərəfidir”.
Politoloq Prezident İlham Əliyevin ötən il Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində baş tutan görüşündən sonra ermənilərin Dağlıq Qarabağda hərbi təlimlər keçirməsi məsələsinə münasibət göstərməsini də xatırladıb: “Prezident İlham Əliyevin belə bir məntiqi var. Nəyə görə Ermənistan Paris görüşündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirdi? Ermənilər danışıqlara sadiqdirsə, niyə hərbi təlimlər keçirir? Xüsusilə Ermənistan hesab edir ki, Paris danışıqları uğurla başa çatıb”.
M.Əhmədoğlu qeyd edib ki, bu onu göstərir ki, münaqişə regionunda dialoq işləmir: “Hər şeyi artan silahlar deyə bilir. Ermənistan tərəfi silahını artırır. Hərbi Konversiya Mərkəzi məlumat verir ki, Ermənistan hərbi sahəyə ayırdığı vəsaitə görə Avropada birinci, dünyada üçüncü yerdədir. Əhalini sosial iqtisadi rifahını nəzərə almayan kasıb Ermənistan təhsilə, səhiyyəyə deyil, hərbiyə daha çox pul ayırır. Azərbaycan da bəllidir ki, bu sahəyə külli miqdarda pul ayırır. Azərbaycan bu il hərbi sahəyə 4,2 milyard dollar ayırıb, bu da Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur”.
Politoloq vurğulayıb ki, artan silahlar diplomatiyanın işləmədiyi yerdə öz sözünü deyəcək: “2014-cü il ərzində qoşunların təmas xəttində iri çaplı silahlardan istifadə olunub. Əvvəlki dövrlərdə avtomat, snayperdən istifadə olunurdusa, ötən il Azərbaycan hərbçiləri Ermənistana məxsus hərbi helikopteri vurdu. Azərbaycan ordusunun ön cəbhədə olan hərbçiləri tank əleyhinə minomyotla silahlanıb. O cümlədən Ermənistan hərbçiləri də silahlanıb. 2014-cü ildə diplomatiya öz yerini silahlanmaya verdi”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info