Gəncə və Kutaisi yazıçılarının görüşü keçirilib
Tarix: 05.01.2015 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Dekabrın 4-də Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə qardaşlaşmış şəhərlər olan Kutaisi və Gəncədə yaşayan yazıçıların görüşü keçirilib. Tədbirdə gürcü yazıçısı Temur Amkoladzenin Azərbaycan dilinə tərcümə olunan "Unudulmuş əhvalat" kitabının təqdimatı olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq sözü Gəncədə fəaliyyət göstərən "Tomris Analar və Bacılar Cəmiyyəti"nin sədri, Azərbaycanın əməkdar jurnalisti, kitabın tərcüməçisi Nüşabə Məmmədliyə verib. N. Məmmədli çıxışında Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafından danışıb: "Bu gün fəxr edirəm ki, gürcü yazıçısının əsərini mən öz ana dilimə tərcümə etmişəm. Biz Azərbaycan və gürcü yazıçıları hələ belə tədbirləri çox keçirəcəyik. Mən Tiflisdəki Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin fəaliyyətini alqışlayıram. Muzey Azərbaycan dövlətinin köməyi ilə yüksək səviyyədə bərpa olunub. Mən də Gəncədə yaşamış və orada dəfn olunan gürcü yazıçısı Nikoloz Barataşvili adına Mədəniyyət Muzeyi yaratmaq təşəbbüsü ilə çıxış edirəm və arzu edirəm ki, onun yaşadığı evdə də belə bir muzey fəaliyyət göstərsin".
Tədbirdə gürcü yazıçılarından Temur Amkoladze, Vladimir Çitaşvili, Lela Tsetsadze və azərbaycanlı yazıçılardan Barat Vüsal, Bahadur Fərman və başqaları çıxış ediblər.
Mirzə Fətəli Axundov Mədəniyyət Muzeyinin direktoru L. Əliyeva Azərbaycan dilində nəfis şəkildə nəşr olunan Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, eləcə də görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin gürcü dilinə tərcümə olunan "Yeddi gözəl" kitablarını və "Kutaisi" adlı albomları yazıçılara hədiyyə edib.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info