“Ermənistan Türkiyə üçün böyük iqtisadi əhəmiyyət daşımır”
Tarix: 05.01.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


“Qərb ölkələrinin vergi ödəyiciləri öz hökumətlərindən soruşmalıdır ki, nəyə görə Ermənistan öz xarici siyasətində dəyişiklik etmədiyi halda bu ölkəyə maddi yardım göstərirlər?”. Bunu Türkiyədəki Beynəlxalq Strateji Araşdırmalar Qurumunun (USAK) sədr müavini, professor Kamer Kasım USAK-ın ingilisdilli mətbu orqanı “Turkishweekly” jurnalında dərc olunan məqaləsində bildirib.
Türkiyəli analitik qeyd edib ki, SSRİ dağıldıqdan sonra Türkiyə Ermənistanın müstəqilliyini tanısa da, normal diplomatik münasibətlər qurmaq mümkün olmayıb: “Ermənistanın dövlət siyasəti “erməni soyqırımı”nın təbliğatına və sərhədləri müəyyən edən Qars müqaviləsinə münasibətdə qeyri-müəyyənliyə əsaslanır. Ermənistanın müstəqillik bəyannaməsində belə bir müddəa var: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda törədilmiş soyqırımın beynəlxalq səviyyədə tanınması yolunda öz dəstəyini göstərəcəyini bəyan edir”. Bu bəyannamədə “Qərbi Ermənistan” ifadəsi altında Türkiyə əraziləri nəzərdə tutulur. Lakin buna baxmayaraq, Türkiyə Kəlbəcərin işğalına qədər (1993-cü il, 2 aprel) Ermənistanla sərhədləri açıq saxlayıb. Ermənistanın öz işğalçı siyasətini davam etdirməsinə görə Türkiyə Azərbaycana dəstəyini nümayiş etdirmək üçün sərhədləri bağlayıb”. Atəşkəs əldə olunduqdan sonra Türkiyənin münaqişəni həll etmək üçün diplomatik vasitələri sınadığını deyən analitik bildirib ki, bütün səylərə baxmayaraq, münaqişədə gərginlik də azalmayıb və Qərb ölkələri də bu istiqamətdə yetərli səylər göstərmirlər: “Ermənistanın Rusiya yönümlü siyasəti ABŞ və Avropa İttifaqını məmnun etmir. Qərbdə bəzi dairələrdə bu fikir irəli sürülür ki, Türkiyə-Ermənistan münasibətlərini yaxşılaşdırmaqla, bu ölkənin Rusiyadan asılılığını azaltmaq mümkündür. Həmçinin belə fikirlər də var ki, əgər Türkiyə Ermənistanla sərhədləri açsa, “soyqırım” iddiaları ilə bağlı təzyiqlər azala bilər. Azərbaycan ərazilərinin işğal faktını görməzdən gəldikləri halda, Qərb dövlətləri Ermənistanın Avrasiya İttifaqına qoşulmasından narahat olur”. Analitik vurğulayıb ki, Ermənistan Türkiyə üçün böyük iqtisadi əhəmiyyət daşımır. Azərbaycan Türkiyəyə Ermənistandan daha çox lazımdır və burda iqtisadi-strateji tərəfdaşlıqdan savayı, Türkiyənin imici məsələsi var: “Əgər Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Türkiyə Ermənistanla sərhədləri açsa, Azərbaycan-Türkiyə münasibətləri pisləşə bilər. Bundan başqa, Türkiyənin özünün ən qabaqcıl tərəfdaşına dəstək verməməsi onun imicinə mənfi təsir göstərəcək”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info