Binəqədidə 1646 xidmətindən istifadə edənlərin sayı günü-gündən artır
Tarix: 06.01.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların suallarının dərhal cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata alınaraq icraata göndərilməsi baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Daxil olan müraciətlərin statistikası bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir.
2014-cü il ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 35725, birbaşa cavablandırılan zənglərin sayı 28164, yaradılan əks əlaqələrin sayı 10245, 1 operator üzrə zənglərin orta sayı 105, tərtib edilən şikayət vərəqələrinin sayı 7695 olub. Xidmət səviyyəsi 98,7 % təşkil edib.
Şikayət xarakterli müraciətlərin 6516 -ı və ya 84,7 %-i tam həll olunub, 147-si və ya 2 %-i qismən həll edilib, 1032 -si və ya 13,3 %-i müvafiq izahat verilərək həll edilib.
Yanvar-dekabr ayları üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 3305-i və ya 42,7 %-i su-kanalizasiya, 1575-i və ya 20,3 %-i qaz təchizatı, 867-si və ya 11,2 %-i istilik təchizatı, 824-ü və ya 10,5 %-i lift problemi, 326-ı və ya 4,2 %-i məişət və zibil tullantıları, 262-i və ya 3,3 %-i elektrik təchizatı, 219-u və ya 2,7 %-i yolların yararsız olması, 155-i və ya 2 %-i sakinləri narahat edən digər məsələlər, 127-si və ya 2 %-i yaşıllaşdırma idarəsi, 85-i və ya 1,1 %-i küçə işığlandırılması ilə əlaqədar olub.
İl ərzində xidmətə 499 təşəkkür müraciəti daxil olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info