Bakı Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək
Tarix: 06.01.2015 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Həmin yarışların iştirakçısı olan idmançılar və komandaların nümayəndələri yeni salınan şəhərcikdə yerləşdiriləcək

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub. Müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələrinin, eləcə də Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhərin elektrik enerjisi, təbii qaz, içməli su, istilik sistemi, telekommunikasiya sahələri üzrə idarələrin rəhbərlərinin, eləcə də Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin Atletlər Kəndinin və İdman Xidməti Şöbəsinin müdiri Donna Teylerin, Kanoe Atletlər kəndinin əməliyyat üzrə meneceri İsmayıl Zalovun iştirakı ilə əraziyə birgə baxış keçirən Əli Həsənov yeni şəhərcikdə tikinti işlərinin hazırkı vəziyyəti, indiyədək görülən işlər, nəzərdə tutulan tədbirlərlə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün konkret tapşırıqlarını verib.
Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Mingəçevir şəhərinin ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilib. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar tikilib.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu ilin yayında Bakı Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək. Həmin yarışların iştirakçısı olan idmançılar və komandaların nümayəndələri bu yeni salınan şəhərcikdə yerləşdiriləcək. Əli Həsənov Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə bir neçə dəfə yeni qəsəbədə aparılan tikinti işlərinə baxış keçirdiklərini bildirib:
“Bu gün də biz bura səfər edərək yarış təşkilatçılarının tələblərinin yeni şəhərcikdə icra olunması vəziyyətini yoxladıq. Onların dediyinə görə hələ ki, ərazidə işlər yaxşı gedir. İdmançıların qalması və məşq etmələri üçün lazımi şərait yaradılır. Biz bu binaları martın əvvəlində Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinə və Azərbaycan Milli Olimpiya Komitəsinə təhvil verəcəyik. Bu gün Mingəçevir şəhərinin bəzi xidmət təşkilatlarının rəhbərlərinə də yarışlar zamanı bu şəhərcikdə yerləşəcək idmançılara hər cür şəraitin yaradılması üçün öz tapşırıqlarımı verdim. Burada qonaqların rahatlığının təmin olunması üçün lazımi işlər görüləcək. Hesab edirəm ki, şəhərcikdə inşaat işləri artıq başa çatdırılıb. Hazırda binaların daxilində təmir işləri sahəsində və ətrafın abadlaşdırılması ilə bağlı son tamamlama işləri görülür. Bu gün biz Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin Atletlər Kəndinin və İdman Xidməti Şöbəsinin müdiri Donna Teyler və Kanoe Atletlər kəndinin əməliyyat üzrə meneceri İsmayıl Zalovla müəyyən məsləhətləşmələr apardıq ki, gələcəkdə heç bir çətinlik olmasın. Ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq inşaatçılar işlərini vaxtında və keyfiyyətlə icra edirlər. Ölkə başçısı Mingəçevirə səfəri zamanı bu yeni şəhərciyə də baxış keçirəcək, yaradılan şəraitlə tanış olacaq”.
Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info