Sumqayıt regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir
Tarix: 06.01.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Son on ildə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoru davamlı inkişaf edir. Özəl sektorun inkişafı buna şərait yaradan əsas amillərdən biridir. Əhalisi 400 mindən çox olan Sumqayıt şəhərində onlarla neft-kimya, metallurgiya, yeyinti sənayesi və yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Sumqayıtın paytaxta yaxınlığı, habelə burada kifayət qədər yüksəkixtisaslı mütəxəssislərin olması onun intensiv inkişaf edən müasir sənaye mərkəzinə çevrilməsi üçün zəruri şərait yaradır.
Əvvəldən sənaye şəhəri kimi yaradılan Sumqayıt hazırda müasir sənaye mərkəzinə çevrilməkdədir. 2006-cı ildə yaradılmış Sumqayıt Texnologiya Parkı (STP) bu qəbildən ilk iri istehsal-sənaye kompleksidir. Şəhərdə ixrac yönümlü yüksək texnologiyalara əsaslanan sənaye sürətlə formalaşmaqdadır. Bu gün texnoparkda 17 zavod işləyir, daha beşi tikilir. STP-nin yeni obyektlərindən biri Mis Emalı zavodudur. Burada elektroliz üsulu ilə misdən hazırlanan katod lövhələrinin, habelə hazır mis məhsulların istehsalı təşkil edilib. Məşhur şirkətlərin yüksək texnoloji avadanlığı ilə təchiz olunmuş müəssisə elektroliz, misin qəbulu, əridilməsi və şaquli tökmə sahələrindən ibarətdir. Təkrar mis xammalından istifadə edilən bu istehsalatda ay ərzində orta hesabla 500 tona qədər tullantı qəbul edilir, həmin tullantılardan 450 ton anod xammalı alınır, daha sonra ilkin xammalın kimyəvi təmizlik dərəcəsi 99,99 faizə qədər olan mis katod lövhələr hazırlanır. Bu yarımfabrikatların sifarişçiləri STP zonasında yerləşən kabel zavodlarıdır. Həmin zavodların məhsuluna həm daxili bazarda, həm də dünya bazarında böyük tələbat var. Yeni zavod işə düşəndən sonra mis xammal idxalına ehtiyac qalmayacaq. “Azərsun Sənaye Parkı” deyilən sahədə daha iki müəssisə - Yağ Fabriki və Kağız-Karton Kombinatı yaradılıb. Burada müasir texnologiyalar sayəsində istehsal edilən ekoloji təmiz və rəqabət qabiliyyətli məhsulları Gürcüstana, İraqa, Tacikistana, Qazaxıstana, Türkmənistana və regionun digər ölkələrinə ixrac etmək nəzərdə tutulur. Fabrikdə 250 yeni iş yeri yaradılıb. Yaxın vaxtlarda ştat vahidlərinin sayını 700-ə çatdırmaq planlaşdırılır. İkinci müəssisə - “Azərsun Holdinq” MMC-nin və Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə tikilmiş Kağız-Karton İstehsalı Kombinatıdır. O, Cənubi Qafqazda bu profilli yeganə müəssisədir. Kombinatın emal gücü ildə 50 min tona çatır. Müəssisənin xammala tələbatının 90 faizi kağız tullantılar hesabına təmin ediləcək. Kombinatın özündə 150 əməkdaş çalışır. Müəssisənin xammal ilə təmin edilməsi üçün respublikanın regionlarında yüzlərlə tədarük məntəqəsi yaradılması planlaşdırılır. Nəqliyyat loqistikasını da nəzərə alsaq, həmin məntəqələrdə 1000 nəfərdən çox işçi çalışacaq. Bununla paralel olaraq Sumqayıt sənaye zonasında 200 hektar sahədə kimya sənayesi parkı yaradılır. Burada ilk müəssisə - “Azərtexnolayn” MMC-nin polad borular istehsalı zavodu artıq işə salınıb. Daha iki zavodun tikintisi başlanıb. 2016-cı ildə “SOCAR Polimer” MMC məhsul istehsalına başlayacaq. Beləliklə, yaxın illərdə parkın ərazisində iri sənaye kompleksi yaradılacaq. Bu layihələrin həyata keçirilməsi həm Sumqayıtın sosial-iqtisadi inkişafı, həm də bütün ölkə əhalisinin məşğulluğunun təmin edilməsi baxımından çox vacibdir. Təkcə 2014-cü ildə Sumqayıtda 3600 yeni iş yeri yaradılıb. Ölkənin sənayeləşdirilməsi üzrə yeni strategiyanın ən mühüm hissəsi kimi, Cənubi Qafqazda Bakıdan sonra ikinci iri sənaye mərkəzi olan Sumqayıtda yeni sənaye zonasının yaradılması və burada rəqabət qabiliyyətli, ixrac yönümlü məhsul istehsalı seçilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info