“Total” BANM-in ilk əməkdaşlıq etdiyi şirkətlərdəndir”
Tarix: 07.01.2015 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Fransanın “Total” şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş icraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub.
Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rektor Elmar Qasımov qonağı salamlayaraq, rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verib, BANM-nin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə yaradıldığını bildirib.
E.Qasımov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində açılan bu ali məktəbin yarandığı qısa zaman ərzində dünya şöhrətli, bir çox tanınmış neft-qaz şirkətləri ilə əməkdaşlığa imza atdığını qonağın diqqətinə çatdırıb. Deyib ki, bu il ali məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıblar. O, BANM-nin Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin ARDNŞ üçün kadr hazırlığı həyata keçirdiyini və tələbələrin bu şirkətlərdə mütəmadi olaraq təcrübə keçdiklərini, “Total” şirkətinin BANM-nin ilk əməkdaşlıq etdiyi şirkətlərdən birincisi olduğunu bildirib. Rektor qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb, Denis Lemarşalı və şirkətin əməkdaşlarını BANM tələbələri üçün mühazirə-seminarlar keçirməyə dəvət edib və bunun tələbələr üçün faydalı olacağını bildirib.
Öz növbəsində “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru və təmsilçisi Denis Lemarşal BANM-də olmaqdan məmnunluq ifadə edib. O, Fransa ilə Azərbaycan arasında əlaqələrdən, əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Denis Lemarşal BANM tələbələri üçün təmsil etdiyi şirkətin ixtisaslı kadrları tərəfindən mühazirələrin təşkilinin mümkünlüyünü bildirib.

Xatırladaq ki, BANM və Fransanın “Total” şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. Sənəddə BANM və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçməsinin təmin edilməsi, “Professionallar Assosiasiyası”nın üzvlərinin BANM-nin tələbələri üçün mühazirələr oxumasının təmin olunması, BANM tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info