“Printed Electronics World” portalı Azərbaycanda nanotexnologiyanın inkişafından yazır
Tarix: 07.01.2015 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “Printed Electronics World” sənaye portalı Azərbaycanda karbon nanoboruların (KNB) istehsalının təşkili sahəsində beynəlxalq anlaşma memorandumu haqqında məlumat yayımlayıb.
Qeyd olunub ki, anlaşma memorandumu “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ), “Sumqayıt Kimya Sənaye Parkı” MMC və ABŞ-ın “SouthWest NanoTechnologies” (SWeNT) şirkəti arasında imzalanıb. Memoranduma əsasən, AİŞ və “SWeNT” Sumqayıt Kimya Sənaye Parkının ərazisində KNB-nin istehsalının təşkili sahəsində əməkdaşlıq edəcəklər.
Yazıda diqqətə çatdırılıb ki, ilkin olaraq ildə 1000 ton KNB-nin istehsalı gözlənilir. KNB ən kəskin şəraitdə belə yüksək davamlılığı ilə seçilən və bir çox məqsədlər üçün istifadə olunan karbon tərkibli (qrafen) boruşəkilli nano materialdır.
Hazırda KNB-dən plastik material və qarışıqlar, tikinti materialları, elektronika, sensor, tranzistor, batareya və s. istehsalında istifadə edilir və ən möhkəm material hesab edilir. KNB silisimdən (silikon) daha yaxşı yarımkeçiricilik və misdən daha yaxşı keçiricilik xüsusiyyətlərinə malikdir.
Bundan başqa, məqalədə AİŞ və “SWeNT” şirkətləri haqqında məlumat verilib. “SWeNT” şirkətinin baş direktoru Deyvid Arturun, “Sumqayıt Kimya Sənaye Parkı”nın direktoru Nazim Talıbovun, AİŞ-in icraçı direktoru Rövşən Nəcəfin memorandum haqqında fikirlərinə yer verilib, onların Azərbaycanda nanotexnologiyanın daha sürətlə inkişaf edəcəyinə əmin olduqları diqqətə çatdırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info