Hacıqabulda qadınlara kiçik biznes bacarıqları öyrədilib
Tarix: 07.01.2015 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində Hacıqabul rayonunda qadınlar üçün “Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı” mövzusunda təlim keçirilib.
Layihə barədə təlim iştirakçılarına məlumat verən “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov bildirib ki, 2013-cü ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 716,3 min nəfərini qadınlar təşkil edib. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3 faizi, orta ixtisas təhsil müəssisələrində 77,4 faizi, ali təhsil müəssisələrində 49,0 faizi, həkimlərin isə 63,9 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, sahibkarlar arasında isə 17,0 faizdir. Ekspertin sözlərinə görə, qadınların ölkənin ictimai-siyası həyatında rolunun artırılması, qadın iştirakçılığının genişləndirilməsi istiqamətində ən mühüm vasitələrdən biri də qadın sahibkarlığının inkişafına dəstək verilməsidir. Rəqəmlərdən göründüyü kimi, qadın sahibkarlığının daha da inkişaf etdirilməsinə ciddi ehtiyac var. Xüsusən nəzərə alsaq ki, hazırda qadın sahibkarlığının inkişafı üçün böyük potensial var. Son illər bütün çətinliklərə, cəmiyyətimizdəki qadınların rolu və statusu ilə bağlı steriotiplərin buxovlayıcı təsirinə baxmayaraq, xanımlar biznesdə özlərini sınamaqdan çəkinmirlər. Z.İbrahimlinin sözlərinə görə, “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində keçirilən təlimlər məhz yeni ideyaları, hətta işlək biznesləri olmasına baxmayaraq, yetərli bilik və məlumatlara malik olmadıqlarından ilk addımları ata, biznesi genişləndirə bilməyən xanımlara bir dəstəkdir. Təlimlərdə öyrədilən bilik və bacarıqlar məhz xanımlar üçün qeyd edilən çətinlikləri dəf etməyə əməli kömək göstərəcək. Təlimin birinci günü “Sahibkarlığın hüquqi əsasları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib. Təlimin ikinci gününü “Sahibkarlıq - kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər” mövzusuna həsr edilib. İşirakçılara biznes, marketinq planın hazırlanması, biznes kreditlər barədə bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər. Təlimin yekunları müzakirə olunan zaman Şəbnəm Həşimova qeyd edib ki, biznes plan hazırlanması ilə bağlı bilgilər çox faydalı olub. Əmindir ki, təlimdən sonra özü müstəqil şəkildə biznes plan hazırlaya bilər. Bayramova Elmira isə qeyd edib ki, şirkətlərin idarə olunması və kreditlərin alınması ilə bağlı məlumatları çox vacib hesab edir.
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Kounterpart İnterneşnl” təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində baş tutub. Layihə çərçivəsində həmçinin Hacıqabul rayonu Nəvahi qəsəbəsi 1 saylı orta məktəbdə 9-11 siniflərdə təhsil alan xanım şagirdlərlə görüş keçirilib. Görüşdə xanım şagirdlərə təhslilin, xüsusən peşə təhsilinin vacibliyi barədə məlumat verilib. Azərbaycanda xanımların əldə etdikləri nailiyyətlər, lider xanımların həyatından misallar, uğur hekayələri xanım şagirdlərin diqqətinə çatdırılıb. Layihə ekspertləri bu nümunələrlə xanım şagirdlərə karyera, uğur qazanılması üçün təhsilin xüsusi önəmini, vacibliyini anladıblar. Həmin gün, həmçinin rayonda təhsil alan gənc qızlar, qadın təşkilatları, icmalarda fəaliyyət göstərən qadınlar, özəl sektor, dövlət orqanları yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə “Qadın sahibkarlığı və qadın məşğulluğu” mövzusunda ictimai dinləmə keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info