Qaçqın və məcburi köçkünlər üçün büdcədə 224,5 milyon manat vəsait nəzərdə tutulub
Tarix: 08.01.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına əsasən, hazırda 1 milyondan çox qaçqın və məcburi köçkün respublikanın 68 şəhər və rayonunda 1600-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.
Dövlət tərəfindən məcburi köçkünlərin dövlət tibb müəssisələri tərəfindən göstərilən bütün xidmətlərə görə ödənişlərdən azad edilməsi, məcburi köçkünlərin dövlət tibb müəssisələri tərəfindən müəyyən edilmiş bütün tibbi məhsullara (məsələn, pulsuz dərmanlar və s.) görə ödənişlərdən azad edilməsi, məcburi köçkün uşaqların tam peyvəndlənməsi, qaçqın və məcburi köçkün gənclərin ali təhsilə həvəsləndirilməsi və onların dəstəklənməsi (dövlət ali təhsil müəssisələrinin ödənişli fakültələrində ödənişdən azad olunma, təhsil müəssisələrinin yataqxanalarından pulsuz istifadə) istiqamətində tədbirlər bu il də davam etdiriləcək. Eyni zamanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, habelə onların istifadə etdikləri kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi məqsədli ilə 2015-ci ilin dövlət büdcəsində 224,5 milyon manat vəsait nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info