2014-cü ilin ilk yarısında dünyada 5,5 milyon insan ev-eşiyini tərk edib
Tarix: 08.01.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


2014-cü ilin ilk yarısında dünyada 5,5 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Onlar qaçqın və məcburi köçkünlərin sayını artırıblar. Bu barədə BMT Ali Komissarlığının qaçqınların işləri üzrə İdarənin yeni hesabatında deyilir. Sənəddə qeyd olunur ki, 2014-cü ilin ortalarında dünyada məcburi köçkünlərin sayı 46,3 milyon nəfərə çatıb. Hazırda 13 milyon qaçqın və 26 milyon məcburi köçkün BMT Ali Komissarlığının qaçqınların işləri üzrə İdarənin himayəsi altındadır. Hesabatda vurğulanır ki, dünyada qaçqınların sayına görə ilk dəfə suriyalılar ön sıralara çıxıblar. 2014-cü ilin iyunun sonuna olan məlumatlara əsasən, 3 milyondan çox suriyalı qaçqın düşüb. Hazırda dünyadakı qaçqınların 23 faizi Suriyanın payına düşür. Halbuki son 30 il ərzində qaçqınların sayına görə Əfqanıstan ilk sıranı tuturdu. Hazırda dünyada 2,7 milyon əfqanıstanlı qaçqın var. Siyahıda Suriya və Əfqanıstandan sonrakı yerləri Somali, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Myanma və İraq tutur.
2014-cü ilin ilk yarısında ən çox qaçqın qəbul etmiş ölkə Pakistan olub. Bu ölkədə 1,6 milyon əfqan sığınacaq tapıb. Livan və İran da çoxlu sayda qaçqın qəbul edən ölkələrdir. Müvafiq olaraq Livanda 1,1 milyon, İranda isə 982 min nəfər sığınacaq tapıb. BMT-nin qaçqınların işləri üzrə İdarənin ali komissarı Antonyu Quterriş hesabatın təqdimatı zamanı dünya ictimaiyyətini qaçqınlara və onları qəbul edən icmalara yardım göstərilməsi məsələsində həmrəyliyə çağırıb: “Dünya birliyi mövcud münaqişələrin siyasi həll yollarını tapmayanadək və yenilərin yaranmasının qarşısını almayanədək, biz dramatik humanitar nəticələrlə qarşılaşmalı olacağıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info