Rufiz Qonaqov: “Ordumuzun gücü ortadadır”
Tarix: 08.01.2015 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


“Ermənistanın atəşkəsi tez-tez pozmasının başlıca səbəbi daxildəki ictimai-siyasi vəziyyətin gərgin olmasındadır.” Bu barədə açıqlamanı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov verib.
R.Qonaqov hesab edir ki, bunlar, Ermənistan prezidentinin xalq tərəfindən dəstəklənməməsi fonunda baş vermiş hadisələrdir: “Atəşkəsi pozmaqla Ermənistandakı gərginləşmiş ictimai-siyasi vəziyyəti müharibə fikrinə yönəltməyə çalışırlar. Digər tərəfdən, Ermənistana aydındır ki, torpaqları uzun müddət işğal altında saxlaya bilməyəcək. Ordumuzun gücü ortadadır. Azərbaycan Prezidenti 31 dekabr çıxışında da bir daha bəyan etdi ki, artıq Azərbaycan torpaqlarını qısa müddət ərzində azad etmək əzmindədir. Müdafiə nazirinin də son çıxışları ona xidmət edir ki, ordumuz torpaqları hərb yolu ilə azad etməyə hazırdır. Təbii ki, müəyyən zamana qədər diplomatik danışıqlar öz nəticəsini verməsə, hərb yolu seçiləcək. Ötən il Ermənistanın atəşkəsi intensiv pozması nəticəsində Azərbaycan ordusunun cavabı Ermənistanı Rusiyaya sığınma məcbur etmişdi. Yəni, Ermənistan gözəl başa düşdü ki, Rusiyasız nə isə edə bilməz. Rusiyanın və Minsk qrupu Ermənistanı müdafiə edəcəklərsə, problemdə nəyəsə nail olmaq müşkül məsələdir. Belə olduğu təqdirdə yəqin, Azərbaycanın hərb yolundan başqa variantı qalmayacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info