QMİ: “Biz müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyirik”
Tarix: 08.01.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


"Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, biz, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyirik. Bu baxımdan, Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq". Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fransanın paytaxtı Parisdə törədilən terror aktı ilə bağlı bəyanatında belə deyilir.
QMİ bəyan edir ki, insan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır: “Bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər. Hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır. Heç bir səmavi din, o cümlədən İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyildir.
Dini mərkəz olaraq, hər zaman öz birmənalı mövqeyimizi bütün məqamlarda və xitabət kürsülərindən bildirmişik və bir daha təkrar edirik ki, din, onun dəyərləri, müqəddəs şəxsiyyətləri, rəmzləri, simvollarına ehtiram nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməmişdir. Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Bakı Şəhər Baş Polis İdarəsi vətəndaşlara müraciət etdi
05.06.2020
Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı
05.06.2020
Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi
04.06.2020
DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi
04.06.2020
Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info