“Ermənistan hakimiyyətinə qarşı etimadsızlıq artıb“
Tarix: 08.01.2015 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Ceyhun Ələkbərov: “Azərbaycan ordusu tərəfindən Ermənistan ordusunun bütün təxribatlarının qarşısı alınır”

“Bir gün səhərimizi Qarabağın azad olunması ilə bağlı xəbərlə açacağıq. Həmin gün çox uzaqda deyil”.
Bu sözləri Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov son günlər cəbhə bölgəsində Ermənistan ordusu tərəfindən atəşkəsin pozulmasını şərh edərkən deyib.
Təşkilat sədri Azərbaycan ordusu tərəfindən Ermənistan ordusunun bütün təxribatlarının qarşısının alndığını qeyd edib: “Düşmənlər onsuz da yaxşı dərk edirlər ki, Azərbaycan dövləti torpaqlarını işğaldan azad edəcək. Onlar torpaqları sona qədər işğalda saxlaya bilməyəcəklər. Ali baş komandanın əmri ilə ordumuz düşməni işğal altında qalan torpaqlarımızdan təmizləyəcək. Üstəlik, düşmənin hücumlarının qarşısının alınması Ermənistan ordusunda psixoloji gərginlik yaradıb. Azərbaycan müdafiə nazirinin cəbhə bölgəsinə sıx-sıx səfər etməsi bu prosesin tərkib hissəsidir və Ermənistana bir mesajdır”, - deyə təşkilat sədri qeyd edib.
Ceyhun Ələkbərov Ermənistan hakimiyyətinə qarşı etimadsızlığın artdığını söyləyib: “Rüşvətxor və qaniçən erməni hakimiyyətinə qarşı dünya birliyi tərəfindən də sərt tənqidlər artmaqdadır. Dövlətimizin apardığı uğurlu təbliğat nəticəsində erməni yalanları fiaskoya uğramaqdadır. Mən, inanıram ki, təbliğatın nəticəsi olaraq dünya ictimaiyyəti Xocalı hadisəsini soyqırım aktı kimi tanıyacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info