Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının sayı artırılır
Tarix: 09.01.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının sayı artırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq və məşğələlərə start veriləcək. Bu qruplarda məşğələlər iyunun sonunadək davam edəcək.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 89 məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına 1907 uşaq cəlb olunub. Sayı 145-ə çatan qruplarda 142 müəllim çalışır. Azərbaycan bölməsi üzrə 118, rus bölməsi üzrə 27 qrup yaradılıb. Azərbaycan bölməsi üzrə qruplarda uşaqların sayı 1579, rus bölməsi üzrə qruplarda isə 328 nəfərdir. Həftədə 4 gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər təcrübəli, bacarıqlı, eyni zamanda Müəllimlərin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə həvalə olunub. Qeyd olunan qruplar Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə” əmrlərinə əsasən yaradılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info