Kembric Universitetinin direktoru Fizika İnstitutunda olub
Tarix: 09.01.2015 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda İngiltərənin Kembric Universitetinin elmi işlər üzrə direktoru doktor Devid Mundi qonaq olub. Qonaq institutun direktoru AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb. Görüşdə elmi müəssisənin innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abidinov, İnnovasiya sektorunun rəhbəri, professor Emil Hüseynov və başqaları iştirak ediblər. Görüş çərçivəsində Fizika İnstitutu ilə Kembric Universiteti arasında birlikdə elmi layihələr həyata keçirilməsi, dünya standartlarına cavabverən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması haqqında söhbətlər aparılıb. Daha sonra qonaq İnnovasiya sektorunda fəaliyyət göstərən “Keçirici Elektron Mikroskopiyası” (Transmission Electron Microscopy-TEM), EPR (Elektron Paramaqnit Rezonansı), AFM (Atom Qüvvət Mikroskopu) və digər cihazlarla, həmçinin, gənc alimlərin elmi fəaliyyətləri ilə tanış olub. Sonda D.Mundi vurğulayıb ki, Fizika İnstitutunda alimlərin elmi tədqiqat işləri aparması üçün hər cür şərait yaradılıb. D.Mundi həmçinin, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə də görüşüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info