Qubada gənclərin ətraf mühiti qoruması ilə bağlı tədbir keçirilib
Tarix: 09.01.2015 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Gənclər Mərkəzi İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sənaye ili”ndə gənclərin ətraf mühitin qorunması təşəbbüsləri” adlı layihə çərçivəsində ilk tədbiri keçirib. 06-08 yanvar 2015-ci il tarixlərində Quba rayonunda həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər Mərkəzi İB-nin sədri İqbal Mirzəyev layihənin əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb. Gənclər və İdman Nazirliyi haqqında geniş məlumat verib. Sənaye müəssisələri və onların ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması, minimuma endirilməsi və görülən işlərin genişmiqyaslı olmasının zəruriliyindən danışıb. Gənclərin bu istiqamətdə daha da maarifləndirilməsi, təlimatlandırılması, könüllü fəaliyyətə cəlb olunması üçün təkliflərlə çıxış edib. Bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından bəhs edib. Sənaye tullantılarının azaldılması, tullantısız texnologiyaya keçid, sənaye müəssisələrinin monitorinqi və ictimai nəzarətin gücləndirilməsi, eləcə də digər məsələlərlə bağlı gənclərin daha dolğun məlumatlarla təchiz edilməsi üçün iştirakçılara maarifləndirici buklet, broşur, kitab paylanılıb. Dəvət olunan mütəxəssislər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Bəhram İsgəndərov və QHT sədri Samir Mehdiyevlə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info