Azərbaycan yapon iş adamlarının maraq dairəsinə düşüb
Tarix: 12.01.2015 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Yaponiyanın Çiba şəhərində təşkil olunan “Azərbaycan - gələcəyin ölkəsi” adlı növbəti seminar yapon iş adamları tərəfindən maraqla qarşılanıb.
“World İnvestors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, martın 4-dən 7-dək yapon iş adamlarından ibarət növbəti qrupun Azərbaycana işgüzar səfəri planlaşdırılır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan digər iştirakçıları regionun dinamik inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.
Yüzədək yapon iş adamının qatıldığı seminarda Azərbaycanın iqtisadiyyatı haqqında məlumat verilib, son illər müşahidə olunan inkişaf barədə ətraflı danışılıb. Bildirilib ki, Azərbaycanda karbohidrogen ehtiyatların hasilatından əldə edilən mənfəət iqtisadiyyatın tərəqqisinə bacarıqla yönəldilir. Nəticədə ölkə iqtisadiyyatı dinamik sürətlə inkişaf edir.
Ötən ilin sonlarında nəşr olunan “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə-Azərbaycan” kitabı barədə iştirakçılara məlumat verən K.İşida burada icra edilən nəhəng “Zira Island”, “Baku White City”, “Khazar Islands” layihələrindən söz açıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan ekspert ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.
Seminarda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, son illər bu istiqamətlərdə mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.
Seminarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələri barədə geniş məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. Azərbaycanın bu il birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi xüsusi vurğulanıb.
Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info