“Petkim” yeni layihəyə başlayır
Tarix: 12.01.2015 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Bir müddət əvvəl təxminən 200 milyon dollar sərmayə ilə öz istehsal tutumunu 13 faiz artıran və neft-kimya sahəsində Türkiyənin tək yerli xammal istehsalçısı olan “Petkim” enerji səmərəliliyini artırmaq və ətraf mühiti qorumaq məqsədilə yeni layihə reallaşdırır. “Petkim”in zavodlarından çıxan məhsulların daşınmasında istifadə edilən altlıqları taxtadan təkrar istehsallı plastikə çevirən şirkət beləliklə ildə 11 mindən çox ağacın kəsilməsinin qarşısını almağa nail olacaq. Altlığın çəkisini 40 kiloqramdan 11 kiloqramadək azaldacaq bu layihə daşınma əsnasında nəqliyyat vasitələrinin maye yanacaq istifadəsi ilə bağlı yaranan karbon təsirini 27 faizədək azaldacaq.
Bu barədə “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud məlumat verib. O, hər il quru yolu ilə sənaye müştərilərinə çatdırılan xammalın miqdarının 600 min tona və qət edilən yolun isə 13 milyon kilometrə çatdığını deyib. S.Qorqud şirkətdə plastik altlıqlardan istifadə edilməyə başlanılmaqla daşınma ilə bağlı ortaya çıxan “CO2” emissiyasında əhəmiyyətli dərəcədə azalmaların olacağını bildirib.
Baş direktor yalnız Türkiyə daxilindəki müştərilərə çatdırmaq məqsədilə hazırlanan xammal üçün ildə 350 minə yaxın altlıqdan istifadə edildiyini, taxta altlıq əvəzinə plastik altlıq tətbiqinə keçməklə ətraf mühitin qorunmasına nail olunacağını qeyd edib. Bildirilib ki, təkrar istehsallı plastik altlıqlar taxtalara nisbətən 10 qat daha çox uzunömürlüdür.

Fuad




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info