Ermənistan təxribat əməlləri vasitəsilə vəziyyəti gərginləşdirmək siyasəti yürüdür
Tarix: 12.01.2015 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Ermənistan tərəfindən məqsədyönlü təxribat əməlləri vasitəsilə vəziyyəti gərginləşdirmək, münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirmək və işğal və təcavüz əsasında yaranmış mövcud status-kvonu saxlamaq siyasəti yürüdülür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev qeyd edib ki, siyasi, iqtisadi, demoqrafik və sosial böhran şəraitində olan Ermənistan eləcə də bu kimi əməlləri ilə ölkə ictimaiyyətinin diqqətini kəskin ölkədaxili problemlərdən yayındırmaq məqsədini güdür: “Cəbhəyanı zonada gərginliyin, insan tələfatının və digər bu kimi halların baş verməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğudur”.
O, vurğulayıb ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır: “Ermənistanın destruktiv siyasətinə və məqsədyönlü təxribatçı əməllərinə son qoymaq və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını təmin etmək üçün Ermənistana münasibətdə məcburedici tədbirlərin görülməsi, o cümlədən BMT Nizamnaməsində nəzərdə tutulan sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16.09.2019
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info