Jurnalistlər “Aura” sağlamlıq mərkəzində boks məşğələsində iştirak etdilər
Tarix: 13.01.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzində jurnalistlər üçün boks üzrə təlim məşqi keçirilib. Məşqi bu idman növü üzrə “Aura” sağlamlıq mərkəzinin peşəkar məşqçisi Fərhad Hüseynov aparıb. O, təlim məşqində iştirak edənlərə zərbələrin müdafiə fəndləri və vurulmasının əsas üsullarını nümayiş etdirib, bu idman növünün faydasından danışıb.
Məlumdur ki, boksla məşğul olmaq insana çoxcəhətli təsir edir, bəzən nəinki fiziki imkanları, hətta dünyagörüşü də kökündən dəyişir. Boks reaksiyanın, intizamın, hərəkətlərin dəqiqliyinin və koordinasıyasının yaxşılaşmasına kömək edir, əzələlərin dözümlülüyünü və qüvvəsini yüksəldir, zərbələri almağı və onlardan düzgün qaçmağı öyrədir. Bundan başqa, məşqlər həm də mühüm psixi emosional aspekt daşıyır – emosiyaları idarə etməyi öyrədir, belə ki, insanda özünə və öz qüvvəsinə inamı inkişaf etdirir. Boks həm də ürək-damar və tənəffüs sistemləri üçün faydalıdır: sparrinq zamanı ürək əzələsi məşq edir, düzgün tənəffüs öyrədilir. Nəhayət, boksu bacarmaq sırf tətbiqi məna daşıyır – çətin vəziyyətlərdə Siz özünüzü itirmədən özünüzü və yaxınlarınızı müdafiə edə bilərsiniz. Təsadüfi deyil ki, son vaxtlar dünyada qadın boksu da populyarlıq qazanmağa başlayıb. Tədbirin gedişində “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzinin direktoru Şahin Qədimov “Aura” sağlamlıq mərkəzinin göstərdiyi xidmətlərlə bağlı jurnakistləri maraqlandıran suallara cavab verib.
“Aura” sağlamlıq mərkəzində peşəkar idmanla məşğul olmaq üçün hər cür şərait vardır. “Excelsior Hotel Baku” otelinə 496 78 02 nömrəli telefonla zəng etməklə, daha geniş məlumat ala bilərsiniz.
İlkin





 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info