Bakı Ali Neft Məktəbinin iki tələbəsi Böyük Britaniyaya göndərildi
Tarix: 13.01.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aidə Soltanova və Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin Edinburq kampusunda 1(bir) semestr müddətində öz ixtisasları üzrə təhsil alacaqlar. Bakı Ali Neft Məktəbində hər iki tələbənin valideynlərinin də iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, tələbələrin Heriot-Vatt Universitetinə təhsil almağa göndərilməsi Bakı Ali Neft Məktəbində düzgün qurulmuş beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub. Belə ki, Aidə Soltanova və Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər. Elmar Qasımov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə ayırdığı xüsusi diqqət və qayğısı, eyni zamanda dövlətimiz tərəfindən aparılan siyasət nəticəsində bu işlər BANM-də düzgün və ardıcıl siyasətin davamı kimi həyata keçirilir və gənclər üçün yeni üfüqlər açır. O bildirib ki, bir semestr orada oxuduqdan sonra, təhsillərini başa çatdırmaq məqsədi ilə tələbələr Bakı Ali Neft Məktəbinə qayıdacaqlar. Elmar Qasımov vurğulayıb ki, bu imkan tələbələr üçün böyük beynəlxalq təcrübə, həmçinin motivasiya olacaq. Tələbələrə getdikləri ölkənin tarixi, çoğrafiyası, mədəniyyəti, adət-ənənələrini də öyrənməyin zəruriliyini deyən Elmar Qasımov bildirib ki, yarandığı qısa dövr ərzində ilk dəfədir ki, Ali Məktəb tərəfindən tələbələr xarici ölkəyə oxumağa göndərilir. Bundan sonra o, BANM-in tələbələrinin hər il müxtəlif ixtisaslar üzrə təhsil almağa göndəriləcəyini bildirdi və dedi ki, bu ənənəvi olaraq davam etdiriləcək. Rektor tələbələrin yüksək təhsil və bilik göstərməklə yanaşı, həm də orada təmsil etdikləri Ali Məktəbin adını və Azərbaycanın bayrağını hər zaman yüksəkdə tutacaqlarından əminliyini bildirib.
Tələbələr Aidə Soltanova və Kamran Əliyev çıxış edərək, həm rektor Elmar Qasımova, həm də BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər. Onlar bu uğurun qazanılmasında BANM-in müasir biliklərə malik savadlı müəllimlərinin böyük xidməti olduğunu deyiblər. Hər iki tələbə getdikləri ölkədə BANM-ni və Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklərinə söz veriblər.
Tələbələrin valideynləri də Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin təhsilə qayğısından söz açdılar, həmçinin yaradılan bu imkana görə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevə və BANM-in rektoru Elmar Qasımova, o cümlədən BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil almaq üçün seçilən tələbələr BANM-də təşkil olunan ingilis dilində hazırlıq proqramında iştirak edərək biliklərini təkmilləşdiriblər və imtahandan müvəffəqiyyətlə keçiblər. Tələbələr Heriot-Vatt Universitetində oxuduqları müddətdə Böyük Britaniyanın təhsil mühiti və tədris proqramları ilə daha yaxından tanış olaraq, nəzəri və praktik biliklərini daha da genişləndirəcək və dünyagörüşlərini artıracaqlar. Tələbələrin beynəlxalq nəqliyyat, eləcə də Heriot-Vatt Universitetində qaldıqları müddətdə yaşayış və təhsil xərcləri Bakı Ali Neft Məktəbi tərəfindən ödəniləcək. Tələbələrə bir semestr boyu BANM tərəfindən aylıq vəsait də ödəniləcək. Tələbələr mayın 22-nə qədər Böyük Britaniyada olacaqlar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info