Əlilliyi olan şəxslər 26 minə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib
Tarix: 13.01.2015 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il əlilliyi olan şəxslər 25899,5 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub. Belə ki, hesabat dövründə qeyd olunan şəxslərin 1051 ədəd aşağı ətraf, 173 ədəd yuxarı ətraf və 300 ədəd döş protezləri, 968 ədəd aşağı ətraf tutoru, 368 ədəd ortez-korset, 2261,5 cüt ortopedik ayaqqabı, 18497 ədəd yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib. Həmçinin 577 ədəd əlil arabası, 519 ədəd eşitmə aparatı əlilliyi olan şəxslərə təqdim olunub. Eyni zamanda, 886 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib.
Bu dövrdə mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 707 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib. 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar tərəfindən ötən müddətdə 51 rayon üzrə 1564 nəfər əlilliyi olan şəxs səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info