Avstriyanın ölkəmizdəki səfiri ATMU-nun qonağı olub
Tarix: 13.01.2015 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ölkəmizdə bu günlərdə yeni fəaliyyət missiyasına başlayan Avstriya Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Axel Vexlə görüşüb. Tanışlıq görüşündə ATMU-nun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Orxan Musa və universitetdə qonaq olan Avstriya Hava Yollarının sabiq prezidenti Mario Rehulka da iştirak edib. Rektor Cəfər Cəfərov yeni təyin olunmuş səfirlə məhz rəhbərlik etdiyi ali təhsil ocağında tanışlıq görüşündən məmnunluğunu diqqətə çatdırmaqla bərabər, böyük elçini ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik etmiş və ona uğurlar arzulayıb. Səmimi keçən tanışlıq görüşündə hörmətli qonağa ali təhsil ocağının yaranma tarixi, xarici əlaqələri, gələcək hədəfləri barədə ətraflı məlumat verilməklə bərabər, universitetin əsas tərəfdaşı-İMC Krems Tətbiqi Elmlər Universiteti ilə həyata keçirilən müştərək proqramın üstünlüklərindən də danışılıb. Avstriya- Azərbaycan arasında dinamik inkişafı şərtləndirən başlıca istiqamətlərlə bağlı aparılan fikir mübadiləsi zamanı əsasən hər iki ölkədə turizmin müasir vəziyyəti və gələcək ikitərəfli əməkdaşlıq məsələlərinə münasibət bildirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info