Xalçaçılıq cəzaçəkmə müəssisəsində ənənəvi peşə sahəsinə çevrilib
Tarix: 13.01.2015 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsulların çeşidləri artırılır.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, istehsalat sahəsi formalaşmaqda olan 11 saylı cəzaçəkmə müəssisəsində xalça toxunuşunda istifadə olunan xüsusi xanalar istehsal edilir. Həmin xanalardan Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində mövcud olan xalça sexində istifadə olunur. Azərbaycan xalq sənətlərinin ən geniş yayılmış növü olan xalçaçılıq Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində artıq ənənəvi peşə sahəsinə çevrilib. Mövcud imkanlar hesabına xalça toxunuşunda istifadə olunan müasir tipli məmulatların əldə edilməsi, xüsusi tələblərə cavab verən xanaların istehsalı bu sahəni daha da genişləndirməyə, müxtəlif çeşidli xalçaların toxunmasına imkan verir. Bu məqsədlə “Azər-İlmə” MMC ilə sıx əməkdaşlıq edilir. Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan xalçaçılıq məktəblərinə xas xalçalar toxunur.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info