Nüvə və radiasiya təhlükəsizliyi üzrə dövlət proqramının layihəsi hazırlanıb
Tarix: 14.01.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Litva Avropa İttifaqının üzvü olaraq nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Litva Radiasiya Təhlükəsizliyi Mərkəzi, Litva Layihələrin İdarəolunması Mərkəzi Agentliyi ilə birlikdə “Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişafı” layihəsinin nailiyyətlərinin təqdim edilməsi zamanı çıxışında deyib.
Layihənin nəticələrini yüksək qiymətləndirən səfir yüksək əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib: "Azərbaycan hökuməti bu sahədə həyata keçirilən layihələrə böyük dəstək verir. Litva bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirməyə və genişləndirməyə hazırdır".
Layihənin nəticələri barədə danışan Litva Radiasiya Təhlükəsizliyi Mərkəzinin direktoru Albinas Mastauskas qeyd edib ki, layihə Azərbaycanda nüvə və radiasiya təhlükəsizliyinin inkişafına mühüm töhfə verib. O qeyd edib ki, layihə çərçivəsində bir çox əhəmiyyətli işlər həyata keçirilib.
A.Mastauskasın sözlərinə görə, Azərbaycanın nüvə və radiasiya təhlükəsizliyi sahəsində qanunvericiliyi Avropa İttifiaqının qanunvericiliyinə uyğunlaşdırılıb.
O bildirib ki, nüvə və radiasiya təhlükəsizliyi üzrə dövlət proqramının layihəsi hazırlanıb: "Azərbaycanın mövcud radiasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyi təhlil edilib. Radiasiya təhlükəsizliyinin ölçülməsi üzrə Aİ-nın standartlarına uyğun metodar hazırlanıb".
Mərkəz rəhbəri həmçinin qeyd edib ki, layihə çərçivəsində radiasiya qəzalarının qiymətləndirilməsi və monitorinqi üzrə qurğular hazırlanıb.
Gələcək planlardan danışan A.Mastauskas qeyd edib ki, nüvə və radiasiya təhlükəsizliyi sahəsində qanunvericilik aktlarının inkişafı, icbari proqramların qəbul edilməsi və bu sahədə çalışan heyətin daimi əsasla təlimatlandırılması, o cümlədən FHN ehtiyacları üçün radioloji laboratoriyaların imkanlarının gücləndirilməsi vacib məsələlərdəndir.
Azərbaycan Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynov da çıxış edərək layihənin Azərbaycan üçün əhəmiyyətini qeyd edib. O bildirib ki, layihə çərçivəsində yüksək nəticələrə nail olunub. V.Hüseynovun sözlərinə görə, Azərbaycanda nüvə və radiasiya təhlükəsizliyinin, nüvə texnologiyalarının inkişafına mühüm töhfə verilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım
21.10.2020
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
20.10.2020
Xudatda əsgər ailələrinə yardım paylanılıb
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info