Kemeron indi də “WhatsApp”dan qorxur…
Tarix: 14.01.2015 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Böyük Britaniya baş naziri deyib ki, yenidən seçilərsə, “WhatsApp”, “iMessage” və “Snapchat” kimi mesajlaşma şəbəkələrini qadağan edəcək

İfadə azadlıqları, internet sərbəstlikləri məsələsində digər ölkələrə irad tutmağa bir növ adətkərdə olmuş Qərb ölkələri, xüsusilə də Böyük Britaniya son dövrlərdə özü insanlar arasında kommunikasiya vasitələrinin məhdudlaşdırılmasının təşəbbüskarı kimi çıxış edir və bunu “təhlükəsizlik”lə əlaqələndirir. Konkret olaraq bu dəfə Böyük Britaniyanın baş naziri Devid Kemeron “WhatsApp”ın qadağan edilməsinin “zəruri olduğunu” bildirib. “CNN Türk” məlumat verir ki, Kemeron öz mövqeyini belə “əsaslandırıb”: “İki şəxs arasında olan və kəşfiyyat üzvlərinin görə bilmədiyi mesajlar milli təhdid ünsürləri kimi hesab edilməlidir”. Kemeron onu da bildirib ki, bu ilin mayında Böyük Britaniyada keçiriləcək ümumi seçkilərdə yenidən seçilərsə, “WhatsApp”, “iMessage” və “Snapchat” kimi mesajlaşma şəbəkələrini qadağan edəcək.
Qeyd edək ki, bu birinci dəfə deyil ki, Kemeron kommunikasiya vasitəsilərinə qarşı bu cür repressiv çıxış edir. “Ərəb baharı” dönəmində ərəb ölkələrində “Facebook” kimi sosial şəbəkələrin ərəb cəmiyyətlərində xaoslar törətməsində rolu irəli çəkilirdi və Qərb liderləri, mediası sosial şəbəkələri, digər kommunikasya vasitələrini mütərəqqi və azadlıq simvolları kimi qələmə verirdilər. Ammabənzər təlatümlər Böyük Britaniyada başlayanda dərhal “xeyir mücəssəməsi” kimi qələmə verilən bu kommunikasiya vasitələri, o cümlədən sosial şəbəkələr elə ilk olaraq məhz Kemeron tərəfindən birdən-birə “şər mücəssəməsi”nə çevrilmiş oldu. Bu isə bir daha özlərinə sərf etməyən ən adi situasiyalarda belə, Qərb diplomatları və liderlərinin ikili standartlara hazır olduqlarını ortaya qoymuş olur. Bu dəfə isə yenə də Kemeron kommunikasiya vasitələrinə qarşı repressiyada birincidir…

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info