Muarem Muarem “Əskişəhərspor”la anlaşdı
Tarix: 14.01.2015 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem karyerasını Türkiyədə davam etdirməyə çox yaxındır. Onun xidmətində maraqlı olan “Əskişəhərspor” futbolçu ilə artıq anlaşmaq üzrədir.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Ərkan Zənginlə yollarını ayıran “Əskişəhərspor”un yeni “10 nömrəsi” məhz Muarem olacaq. Həmkarlarımız Superliqa klubunun makedoniyalı futbolçu ilə ilkin razılıq əldə etdiyini də vurğulayıblar. Bircə qalır “Qarabağ”ı bu keçidə razı salmaq. Futbolçu özü də yenidən Türkiyəyə qayıtmaq fikrindədir. 2012-ci ildən “Qarabağ”da çıxış edən Muarem Muarem 2010-11 mövsümünü Türkiyə klubu “Orduspor”da keçirib. Qeyd edək ki, “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl Muarem Muarem və Leroy Corca Türkiyə superliqa klublarından təklif gəlməsi ilə bağlı xəbərləri təsdiqləyib. O qeyd edib ki, Türkiyə təmsilçisi bununla bağlı “Qarabağ”a rəsmi təklif irəli sürüb: “Əskişəhərspor” Muaremə görə “Qarabağ”a rəsmi müraciət edib. Amma hələlik bu müraciətlə bağlı konkret nəsə deyə bilmərəm. Yekun qərarı klubumuzun idarə heyəti verəcək”. Ə.Çəlikəl Leroy Corca “Sivasspor”dan dəvət gəlməsi haqda yayılan xəbərlər haqda isə qısaca olaraq bunu söyləyib: “Bu haqda eşitmişəm. Amma bizə Leroyla bağlı müraciət edilməyib”.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info