Amerikalı analitik Vaşinqtonu Azərbaycanı qiymətləndirməyə çağırdı
Tarix: 15.01.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Amerikanın “The Daily Caller” qəzeti Vaşinqtonda Yaxın Şərq İnstitutunun baş analitiki Aleks Vatankanın “Eşton Karterin Qafqaz regionu üzrə əsas vəzifəsi Vaşinqtonun Azərbaycana dəstəyini və sadiqliyini təsdiq etməkdir” sərlövhəli məqaləsini dərc edib
Müəllif yazır ki, ABŞ-ın yeni müdafiə naziri Eşton Karter vəzifəsinə ölkənin qlobal səviyyədə sınandığı çətin vaxtlarda başlayır. Dünyadakı münaqişələri nizamlamaq üçün Pentaqonun qarşısında bir çox vəzifələr durur. Vatanka yazır ki, qeyri-qlobal konfliktlər arasında indiyədək etinasızlıq göstərilən Cənubi Qafqazdakı Ermənistan-Azərbaycan münaqişəsi də var. Karterə Azərbaycanla - 1991-ci ildən dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın strateji və sadiq tərəfdaşı olan ölkə ilə münasibətləri yaxşılaşdırmaq lazım gələcək.
Müəllif daha sonra yazır ki, ABŞ regionda Azərbaycanın mühümlüyünə və onun Amerika təşəbbüslərinə töhfəsinə uzun müddət etinasızlıq göstərib. Lakin Azərbaycan öz siyasi kursunu hətta Obama administrasiyasının Azərbaycana biganə münasibəti dövründə belə cəsarətlə davam etdirib. Belə münasibət Karterin sələfi Çak Heyqelin Gürcüstan və Türkiyəyə səfəri zamanı Bakıya baş çəkmək qərarını verəndə də nəzərə çarpdı.
Vatanka qeyd edir ki, Senatda ABŞ-ın Azərbaycanda səfirinin namizədliyi üzrə dinləmələr zamanı artıq namizədliyi təsdiqlənmiş Robert Çekua deyib: “Azərbaycan dünyada sülhün və stabilliyin bərqərar edilməsində əsas oyunçulardandır”. Müəllif qeyd edir ki, Vaşinqtona tərəflərə qarşılıqlı fayda verəcək siyasət işləyib hazırlamaq lazım gələcək. Eşton Karterin Bakıya səfəri Azərbaycan ilə münasibətləri yoluna qoya bilər. Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev 2013-cü ilin avqust ayında Vaşinqtonda səfərdə olanda Çak Heyql Azərbaycan kontingentinin göndərilməsinə və Əfqanıstanda göstərdiyi bütün səylərə görə rəsmi Bakıya təşəkkür etmişdi. 2001-ci ildən etibarən Amerika missiyasının Əfqanıstanda yerüstü, hava və dəniz qüvvələrinə loqistik dəstəyində Azərbaycan əsas rol oynayır.
Vatanka qeyd edir ki, keçən il Bakı, hətta Amerika ordusu çıxarılsa belə, Azərbaycan hərbçilərinin Əfqanıstanda qalacağını təsdiqləyib. “Azərbaycan səkkiz ölkədən biridir ki, Amerika ordusunun Əfqanıstanda missiyası başa çatdıqdan sonra belə orada hərbi iştiraka sadiqliyini göstərir. Bu faktı Əfqanıstan Prezidenti Əşrəf Qəni Bakıya rəsmi səfəri zamanı səmimiyyətlə qeyd edib”.
Məqalə müəllifi yazır ki, ABŞ-ın yeni müdafiə naziri Azərbaycanı sadiqliyinə və töhfəsinə görə qiymətləndirməlidir, çünki hər ölkənin öz maraqlarını həyata keçirmək hüququ var. Vatanka vurğulayır ki, Vaşinqtonun Azərbaycana etinasızlığı bu ölkəni özünün Vaşinqtona sadiqliyinə yenidən baxmağa məcbur edə bilər. Analitik sonda yazır ki, öz tərəfindən etibarlılığını sübut etmiş mühüm tərəfdaşına Vaşinqtonun sadiqliyini təsdiq etməsi baxımından vacib postda əyləşən Eşton Karterdən çox şey asılı olacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info