527574 manat gecikdirilmiş ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Tarix: 15.01.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) dövlət nəzarəti zamanı əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə ödənilməsinə xüsusi diqqət yetirir. Ötən il DƏMX-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Bu məbləğin 468434 manatı (88,8%) əmək haqlarından, 33932 manatı (6,4%) zərərə görə ödənclərdən, 25208 manatı (4,8%) isə sosial müavinətlər və kompensasiyalardan ibarət olub.
Gecikdirilmiş sosial xarakterli ödənişlərin 81%-i sahibkarlıq subyektlərinə aid olub. Həmçinin bu ödənişlərin iqtisadiyyatın sahələri üzrə daha çox emal sənayesi (18.6%) və tikinti sektoruna (22.6%) aid müəssisələrdə gecikdirilməsi müəyyən olunub. Hesabat dövründə qeyri-qanuni olaraq işdən azad edilmiş işçilərin hüquqlarının bərpası istiqamətində də müvafiq işlər aparılıb və əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

İlkin







 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info