ABŞ-ın Hyuston Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub
Tarix: 15.01.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra onlar Bakı Ali Neft Məktəbində bir sıra görüşlər keçiriblər.
Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanla ABŞ arasında olan əlaqələrin tarixindən danışıb. E.Qasımov 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-ABŞ əlaqələrinin müasir şəraitdə inkişafına xüsusi diqqət göstərməsi sayəsində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Rektor həmçinin qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri və qısa zamanda əldə etdiyi uğurları haqqında qonaqlara geniş məlumat verib. O, BANM və Hyuston Universiteti arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlığın qurulmasında və bu əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirib.
Öz növbəsində, ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur Azərbaycana ilk dəfə səfər etdiyini xatırladıb və bu dəvət üçün Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirib. O, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə, eyni zamanda, BANM və Hyuston Universiteti arasında gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Birgə magistr hazırlığı ilə bağlı hər iki ali məktəb arasında Razılaşma Protokolu imzalanıb.
Sonra ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüş kecirib. Görüşdə Hyuston Universiteti haqqında tələbələrə geniş məlumat verilib, universitetin professor-müəllim heyəti dünyaca tanınmış və təcrübəli elmi işçilər, onların bir çoxu Nobel və Toni mükafatçıları olduqları qeyd olunub. Renu Xatur rəhbərlik etdiyi Universitetin tələbələrinin etnik tərkibinin müxtəlifliyinə görə ABŞ-da ikinci ən böyük universitet olduğunu və burada təhsil alan tələbələrin ümumi sayının 40.750 nəfər təşkil etdiyini tələbələrin diqqətinə çatdırıb.
Sonda Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatura Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.
Səfər çərçivəsində qonaqlar üçün Bakının tarixi və müasir mədəni yerlərinə səfərlər, həmçinin BANM-in tikilməkdə olan yeni kampusu və Bibiheybət neft mədənləri ilə tanışlıq təşkil olunub.
Məlumat üçün bildirək ki, Renu Xatur 29 iyun 1955-ci ildə Hindistanda anadan olub. Kanpur Universitetində mühəndislik ixtisası üzrə bakalavr təhsili alıb. Magistratura və doktorantura təhsillərini isə Purdu Universitetində politologiya ixtisası üzrə alıb. Beynəlxalq ekologiya siyasəti sahəsində tanınmış alimlərdən olan R.Xatur bu mövzuda çoxsaylı kitab və məqalələrin müəllifidir. Hyuston Universitetinə təyin olunmazdan öncə Florida Universitetində 22 il müddətində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən etibarən R.Xatur həm Hyuston Universiteti Şəbəkəsinin prezidenti, həm də universitetin rektorudur. Bu universitetin ilk qadın rektoru və ABŞ-da elmi-tədqiqat yönümlü ali təhsil müəssisəsinə rəhbərlik edən ilk Hindistanlı immiqrantdır. Hazırda Amerika Təhsil Şurası, Dallas Federal Ehtiyatlar Bankı, Böyük Hyuston Tərəfdaşlığı, Hyuston Texnologiya Mərkəzi, Texas Tibb Mərkəzinin Siyasi Şurası, Biznes üzrə Ali Təhsil Forumu və Xarici Əlaqələr Şurasının üzvüdür.
Xatırladaq ki, Hyuston Universitetində Xocalı soyqırımı, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra tədbirlər hər il ənənəvi olaraq keçirilir.
Nigar









 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info