“Qərb mediası hər zaman transmilli korporasiyaların qoruyucusu olub”
Tarix: 16.01.2015 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın siyasi-iqtisadi inkişafı və regionda söz sahibi olmasını bir çox Qərb dövlətləri həzm edə bilmir. Bu üzdən daimi çalışırlar ki, Azərbaycanın imicinə xələl gətirsinlər. Bu işi də Azərbaycana qarşı siyasi təzyiq və qarayaxma kampaniyaları aparmaqla həyata keçirirlər. Lakin Azərbaycan dövləti müstəqil siyasət yürüdərək daimi bu təzyiqlərə sinə gərib. Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Azərbaycana qarşı belə münasibət göstərənlərin səhv yolda olduqlarını deyib. Dövlət başçısı qeyd edib ki, heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz: “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir. Bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır”.

Prezident bildirib ki, bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir: “Beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək heç kimə xeyir gətirmir”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bizimlə söhbətində Azərbaycanın bu gün bölgədə öz müstəqil siyasəti ilə seçildiyini dedi: “Hazırda Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasət kursu özünü doğruldur. Bunun nə dərəcədə özünü göstərdiyini anlamaq üçün elə postsovet məkanında və Yaxın Şərqdə baş verən hadisələri nəzərdən keçirsək kifayət edər. Niyə postsovet və Yaxın Şərq? İlk növbədə ona görə ki, bizi hər iki bölgə ilə tarixi keçmiş, hətta mədəni irs bağlayır və biz bu bölgələrin tərkib hissəsiyik. Müstəqil dövlət olaraq bizim müstəqil xarici siyasi kursumuz və strateji hədəflərimiz var. Strateji hədəflərə yönəlik məsələlərdə əgər fikirlər regionda maraqlı olan digər güclərlə üst-üstə düşmürsə, bu, o demək deyil ki, biz hədəflərimizdən və dövlət maraqlarımızdan vaz keçməliyik. Azərbaycan öz milli maraqlarını nə Qərb, nə ABŞ, nə də Rusiyaya görə müəyyənləşdirir və cənab Prezidentin də bildirdiyi kimi, heç bir ölkənin bizimlə hədə və ya diqtə ilə danışmağa hüququ yoxdur”.
V.Zifəroğlu Azərbaycana qarşı atılan şər-böhtan cəhdlərinə də münasibət bildirdi: “Azərbaycana qarşı daim qaralama kampaniyası aparılıb və yenə də aparılır. Elə iki gün öncə İngiltərənin “Guardian” qəzetində Azərbaycanın işğal altında olan torpaqlarının müstəqil dövlət kimi təqdim edilməsi buna ən bariz nümunədir. Və ya Azərbaycanın daxilində baş verən proseslərlə bağlı həqiqəti əks etdirməyən yazıların nəşr edilməsi buna misal ola bilər. İsrail mətbuatında bir neçə gün əvvəl dərc edilən yazıları yadımıza salaq. Ümumiyyətlə, Qərb mediasında ölkəmizə münasibətdə manipulyativ məqalə və xəbərlər mütəmadi şəkildə təqdim edilməkdədir. Fikrimcə, bütün bu məqamlar, xarici qüvvələrin sadəcə olaraq Azərbaycanın imicini ləkələmək üçün etdikləri uğursuz cəhdlərdir. Təbii ki, bizim bir dövlət olaraq bu cür qaralamalara və ya həqiqəti əks etdirməyən yazılara münasibətimiz etiraz xarakteri daşımalıdır və vurğulamaq lazımdır ki, belə hallara qarşı təkcə dövlət səviyyəsində deyil, vətəndaşlar da öz münasibətini bildirməlidirlər”.
Onun sözlərinə görə, bu qaralama cəhdlərində məqsəd Azərbaycanı nüfuzdan salmaqdır: “Bilirsiniz, bu gün regionda baş verən proseslərə, son dərəcə mürəkkəb oyunlara qarışmamağımız, təbii ki, bölgədə maraqları olan ölkələri razı sala bilməz. Dəfələrlə vurğulanıb və bir daha bildirilməlidir ki, Azərbaycanın geosiyasi mövqeyi, eyni zamanda son dərəcə ciddi geoiqtisadi dəyərlərə malik transmilli layihələrdə kilid ölkə olması, ona olan marağı artırır. Təbii ki, bizi öz səflərində görməyi arzu edən maraqlı qüvvələr də buna nail olmadıqda mütəmadi olaraq bu cür qarayaxmalardan istifadə edirlər. Qərb mediası hər zaman transmilli korporasiyaların və iri dövlətlərin maraqlarının və mənafelərinin qoruyucusu olub. Və bu səbəbdən də, hətta adları brend olan mətbuat orqanlarında belə, bizim haqqımızda qeyri-obyektiv yazıların dərcinə rast gəlmək olur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info