Kozlariçin məntiqsiz şərti
Tarix: 16.01.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariçin Brookings İnstitutunda ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş məqaləsi dərc olunub. Öncə qeyd edək ki, bu məqalənin məğzindən onun Azərbaycana qarşı qərəzi dərhal hiss olunur.
Bir daha bəlli olur ki, bəzi beynəlxalq güclərin, o cümlədən ABŞ-dakı dairələrin Azərbaycanın müstəqil milli inkişaf yolu ilə getməsi, özünün milli təhlükəsizliyini və intibahını özü müəyyənləşdirməsinə qarşı qısqanclıqları var. Təbii, Azərbaycan müstəqillik qazanandan bəri, bu cür qısqanclıqları və bundan irəli gələn qərəzi istər regionda, istərsə də dünya çapında çox mütəmadi olaraq hiss edib. Çünki müstəqillik qazanandan bəri, Azərbaycan, bir çox inkişaf etmiş dövlətlərin çox uzun müddət ərzində keçdiyi yolu qısa bir zamanda qət edə, daha böyük uğurlara imza ata, sosial-iqtisadi qüdrətini formalaşdıra və artıra bilib. Bu isə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif formalarda ifadə edilən qısqanclıqlara səbəb olub. Onlar Azərbaycanı digərləri kimi itaətkar, inkişafı və prosesləri həmin güclərin özləri tərəfindən müəyyənləşdirilən, idarə edilən ölkələr kimi görmək istəyiblər və indi də bu cür istəklərini gizlədə bilmirlər. Amma Azərbaycan, beynəlxalq arenada özünə qarşı olan bu cür qısqanclıqlara məhəl qoymayaraq, öz müstəqil milli inkişaf yolundan dönmədiyini hər məqamda əzmlə nümayiş etdirir. Azərbaycan müstəqil və milli maraqlara əsaslanan siyasəti ilə suverenitetini hər məqamda qoruya bildiyini çoxdan sübut edib. Bu isə, yəqin ki, bəzi ABŞ strateqləri və diplomatlarına da xoş gəlmir. Elə buna görədir ki, keçmiş ABŞ səfirinin məqaləsində belə bildirilir: “ABŞ və beynəlxalq ictimaiyyətin hörmətini qazanmaq üçün Azərbaycan siyasi məhbusları azadlığa buraxmalıdır və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanla ciddi danışıqlar aparmalıdır”.
Burada sırf məntiqsiz və gerçəkliyi təhrif edən yanaşma olduğu dərhal üzə çıxır. Birincisi, Azərbaycanda siyasi məhbus probleminin çoxdan həll olunduğu faktdır. Bu məsələ ölkədə faktiki olaraq çoxdan qapanıb. Amma hələ də bəzi beynəlxalq qurumlar və xaricilər Azərbaycana özləri üçün çox dəbdə olan “siyasi məhbus” məsələsi ilə təzyiq göstərməyə çalışırlar. Amma onların siyasi məhbus kimi qələmə verdikləri şəxslərlə və onların əməlləri ilə yaxından tanış olanda, həmin “siyasi məhbus”ların sırf cinayət tərkibli əməlləri və cinayət maddələri ilə məsuliyyətə cəlb olunduqları aşkara çıxır. Bu barədə Azərbaycan mediası və xarici mediada da dəfələrlə bildirilib. Belə olduğu halda, hər hansı dövləti və mülki cinayət törətmiş birisinin, “QHT-çi” və ya hər hansı peşə mənsubu olmasına baxmayaraq, məsuliyyətə cəlb olunması tamamilə qanuni və normaldır. Belə hallarda məsuliyyətə cəlbetmə, elə ABŞ-ın özündə və digər Qərb ölkələrində “casusluq”, “xuliqanlıq” və sair yarlıqlarla daha sərt formada yerinə yetirilir.
“Ermənistanla ciddi sülh danışıqlarına başlamaq” çağırışı isə ikinci absurd bir məqamdır. İndiyə qədər Azərbaycan, öz torpaqlarını qaytarmaq üçün qeyri-ciddimi olub? Bu qədər şəhidlər verilib, indiyə qədər də Ermənistanın təxribatları nəticəsində cəbhədə savaş var, həmçinin Azərbaycan bütün mümkün dinc və diplomatik vasitələrdən istifadə edərək sülh danışıqlarını davam etdirmək və münaqişənin beynəlxalq hüququn prinsip və normalarına əsasən, ədalətli həllinə nail olmaq istəyir. Dünya və beynəlxalq hüquq Ermənistanı işğalçı kimi tanıyır, amma beynəlxalq güclər, o cümlədən ABŞ-ın üzv olduğu ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, ikili standartları üzündən, işğalçı Ermənistan hələ də torpaqları qaytarmır. Yaxud məhz ABŞ tərəfindən Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edilib. Halbuki məhz Ermənistan sırf işğalçı, Azərbaycan isə təcavüzə məruz qalandır. Buna baxmayaraq, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş qəbul olunub. Bu, ABŞ-ın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara misaldır. Çünki bu maddə işğalçılığa görə Ermənistana qarşı qəbul və tətbiq edilməli idi. Elə buradan da ABŞ-ın sözügedən münaqişəyə münasibətdə nə qədər qeyri-ciddi və məntiqsiz mövqedə olduğu, ikili standartlara vardığı bir daha üzə çıxır.
Bütün bunlar bir daha kimin doğru, kimin yalan və blef mövqeyində olduğunu açıq ortaya qoymuş olur...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info